“ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş sayır“
Tarix: 12.10.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər
“ABŞ Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm". Bunu ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper deyib. O bildirib ki, ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş hesab edir: "Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 94 azərbaycanlı əsgər Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və təhlükəsizliyin təminatına töhfə verir. Azərbaycan hökumətinin müxtəlif təmsilçiləri ilə görüşlər keçirdim. Müzakirələrimiz ABŞ-ın Əfqanıstan və Cənubi Asiyada tətbiq etdiyi, sülhməramlıların yerləşdirilməsinə dair yeni yanaşma ilə bağlı oldu. Bu yeni yanaşmaları Azərbaycan rəsmiləri ilə müzakirə etdik". Qeyd edək ki, müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qonağa regiondakı təhlükəsizlik vəziyyəti haqqında məlumat verilib. Həmçinin Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə, missiyanın gedişatı və Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
23.10.2017
Xarici işlər naziri İtaliyaya səfər edib
23.10.2017
“Çexiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir”
23.10.2017
“Həmsədrlər söz verib, başqa addım atan Sarkisyan barədə nə düşünürlər?“
23.10.2017
“AŞPA və digər belə qurumlar kiçik geosiyasi maraqlara ədaləti qurban verir”
23.10.2017
MN: “Ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları görünür”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7549

1 “Həyat 50 yaşdan sonra başlayır”
2 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
3 Yollar qovuşanda...
4 “Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info