Qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək
Tarix: 12.10.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib. İclasda Prezidentin “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələr müzakirə edilib. Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb. Sərəncamdan irəli gələn əsas məsələlərdən biri kimi, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin davam etdirilməsi tövsiyə edilib. Əli Əhmədov qeyd edib ki, qeyri-rəsmi məşğulluqla bağlı xeyli sayda fakt aşkarlanaraq aradan qaldırılıb. Prezidentin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq. Müzakirələrdə yeni iş yerlərinin yaradılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məsələlərinin prioritet olduğu vurğulanıb. Həmçinin qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi məsələsinə də toxunulub. Qeyd olunub ki, dövlət başçısının tapşırığına əsasən bu istiqamətdə lazımi işlər görülür. Bundan başqa, komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə təşkilati məsələlər, tədbirlər planından irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin səmərəli təşkil edilməsi məqsədilə hazırlanan nəzarət cədvəli forması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub. Sonda Tədbirlər Planından irəli gələn məsələlərə ciddi nəzarət edilməsi məqsədilə xüsusi icraya nəzarət mexanizminin yaradılması, iş qrafikin müəyyənləşdirilməsi, hər 3 aydan bir komissiyanın iclasının keçirilməsi ilə bağlı razılığa gəlinib.




 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Bayram günlərində Qubaya gələn turistlərin sayı ikiqat artıb
19.06.2018
Göyçayda selin dağıtdığı avtomobil körpüsü 3 gündən sonra istifadəyə veriləcək
16.06.2018
Zaqatala taxılçıları hər hektardan 27 sentner məhsul götürürlər
16.06.2018
Hər ay “ABAD”ın dəstəyi ilə ailə büdcəmizə 500 manat daxil olur
16.06.2018
Sahil Babayev sağlamlıq imkanları məhdud gənclərlə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info