: “İkinci Şopinq Festivalı Azərbaycana turist axınını stimullaşdıracaq”
Tarix: 12.10.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər
Oktyabrın 15-dən noyabrın 15-dək Bakıda təşkil olunacaq II Şopinq Festivalı ilə bağlı mətbuat konfransı keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, I və II şopinq festivalları arasında həm mövsüm baxımından, həm təbliğat baxımından müəyyən fərqlər olacaq. O deyib ki, II Şopinq Festivalı Azərbaycana turist axınını stimullaşdıracaq. Ə. Qarayev qeyd edib ki, I Şopinq Festivalla müqayisədə II Şopinq Festivalının iştirakçılarının sayı artıb. Belə ki, 467 müəssisə qeydiyyatdan keçib, iştirakçıların sayı isə 578-dir.
Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, əvvəlki festivalla müqayisədə Əlavə Dəyər Vergisi (ƏDV) köşklərinin də sayı artıb: “Bu dəfə 7 ƏDV köşkü fəaliyyət göstərəcək. Hazırda qeydiyyat prosesi qaydasında gedir. Vergilər Nazirliyi operator olaraq II Şopinq Festivalına tam hazırdır”.
Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), “ASAN Xidmət” və “AzərTürkBank”dır.
II Şopinq Festivalında müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara “Tax Free” imkanı təqdim olunacaq.
"Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların ƏDV-sinin müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər. Beləliklə, II Bakı Şopinq Festivalı zamanı alıcılar bəyəndikləri malları digər dövrlərdən daha sərfəli qiymətlə ala bilərlər. ƏDV qaytarılması yalnız “Baku Shopping Festival - Tax Free” nişanı olan mağazalarda mümkündür. Nişan olmayan mağazalarda "Tax Free" sistemi tətbiq olunmur.
Bakıda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağaza, restoran və digər obyektlər festivalda iştirak edir. Sözügedən mağaza və restoranların siyahısı və ünvanları festivalın rəsmi saytında (http://bakushopfest.com/our-stores/ bölməsində) yerləşdiriləcək.
Qeyd edək ki, I Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə. ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.

"Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb"

“Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Statistika ümidvericidir”.
Nazir bildirib ki, ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb: “Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında turistlərin sayında 7 faiz artım müşahidə olunur”. Ə. Qarayev qeyd edib ki, bu ilin 8 ayında Azərbaycana gələn turistlərin nağdsız ödənişləri 703 milyon manatı ötüb. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin xərclədikləri vəsait xarici ölkələrə üz tutan azərbaycanlıların xərclədikləri vəsaitdən çox olub: “Biz təhlil apardıq, nəticədə 100 milyon manatlıq müsbət saldo yarandı”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Minlərlə insan Fəxri xiyabana axışıb
12.12.2017
UNEC-də doktorantura təhsilində yenilik
12.12.2017
Aqil Abbas: “Ulu Öndər xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi”
12.12.2017
MEK qədim xəritələrin təqdimatını keçirib
12.12.2017
İzmirdə “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info