Yaponiya xarici işlər nazirinin müavini: “Azərbaycan böyük uğurlara imza atıb”
Tarix: 12.10.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


“Bakıda “Yeni əsrin müqaviləsin”in imzalanması tarixi əhəmiyyət daşıyır”

Kenci Kinoşita:
“Azərbaycan mənim nəzərimdə ən təhlükəsiz, sabit inkişaf edən, əsrarəngiz təbiətə, zəngin mədəniyyətə və çox ləzzətli mətbəxə malik olan heyrətamiz bir ölkədir”

Oktyabrın sonlarında Bakıda təşkil ediləcək “Yapon məhsulları sərgisi” ilə əlaqədar Tokionun “Travel Hub Mix” mərkəzində keçirilən “Yaponiyada Azərbaycan rallisi” adlı tədbir yapon iş adamları tərəfindən böyük maraqla qarşılanıb. 150-dən çox iş adamının qatıldığı tədbirdə Yaponiyanın nüfuzlu JETRO, JATA, JGS şirkətlərinin rəhbərləri, Azərbaycan diasporasının fəalları, media nümayəndələri iştirak ediblər. Mərkəzdə quraşdırılan monitorlarda tədbir iştirakçılarına Azərbaycan haqqında geniş məlumatların əks olunduğu videogörüntülər təqdim edilib. Sonra Yaponiya xarici işlər nazirinin müavini Manabu Horinin tədbir iştirakçılarına təbrik teleqramı oxunub. Teleqramda bu ayın əvvələrində Bakıya səfərini böyük məmnunluq hissi ilə xatırladan nazir müavini “Yeni əsrin müqaviləsin”in imzalanmasının tarixi əhəmiyyətini yüksək qiymətləndirərək, Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayıb. Bakıda keçiriləcək sərginin Yaponiya hökuməti tərəfindən alqışlandığını qeyd edən nazir müavini iştirakçılara uğurlar arzulayaraq, onun Yaponiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin inkişafına mühüm töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfirliyinin müşaviri Fərid Talıbov ötən ay iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb. Vurğulayıb ki, bu münasibətlə Prezident İlham Əliyevlə Baş nazir Şinzo Abe arasında qarşılıqlı məktub mübadiləsi baş tutub və həmin məktublarda dost ölkələrin qarşılıqlı münasibətlərində baş verən faydalı inkişaf xüsusi məmnunluqla vurğulanıb. Azərbaycanlı diplomat ölkəmizin tarixi, Şərqdə ilk demokratik dəyərlər yaradan Azərbaycan Xalq Cümhuriyyəti haqqında da məlumat verib. F.Talıbov bildirib ki, Azərbaycan ilə Yaponiya arasında münasibətlərin sürətli inkişafı iki dost ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdırıb. İki ölkənin regionları arasında qardaşlaşma müqavilələrinin imzalanması, müxtəlif sahələri əhatə edən şirkətlər arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq əlaqələrinin qurulması bunun birbaşa təsdiqidir. Azərbaycanda xarici iş adamları üçün əlverişli şəraitin yaradıldığını bildirən diplomat yapon iş adamlarını Azərbaycana səfərə dəvət edib. Vurğulayıb ki, çoxsaylı yapon şirkətlərinin iştirakı ilə Bakıda keçiriləcək “Yapon məhsulları sərgisi” iki ölkənin iş adamları arasında əməkdaşlığı daha da möhkəmləndirəcək. Yaponiya Suşi Assosiasiyalarının sədri Kenci Kinoşita bildirib ki, ölkəmizə ilk səfəri ərəfəsində müəyyən narahatlıq keçirsə də, səfər zamanı bunun üçün heç bir əsasının olmadığının şahidi olub. “Azərbaycan mənim nəzərimdə ən təhlükəsiz, sabit inkişaf edən, əsrarəngiz təbiətə, zəngin mədəniyyətə və çox ləzzətli mətbəxə malik olan heyrətamiz bir ölkədir”, - deyən K.Kinoşita yapon iş adamlarını bu gözəl ölkəni ziyarətə dəvət edib. Bakıda keçiriləcək sərginin işçi qrupunun rəhbəri Kazuyası İşida tədbirdə çıxış edərək, özəllikləri ilə onu heyran edən Azərbaycana sevgisindən, yerli sakinlərin böyük qonaqpərvərliyindən, qarşıdakı sərginin əhəmiyyətindən danışıb. Müstəqilliyin bərpasının ilk illərində ölkəmizin qarşılaşdığı çətinliklərə toxunan K.İşida məhz ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün beynəlxalq tədbirlərin, dünya miqyaslı idman və musiqi yarışlarının keçirildiyi mərkəzə çevrilib. K.İşida əmin olduğunu bildirib ki, Bakıda keçiriləcək sərgi iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinə, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də qarşılıqlı sərmayələrin qoyulmasına öz töhfələrini verəcək. Sonda Yaponiya tərəfdən sərgi təşkilatçılarını tədbir iştirakçılarına təqdim edən K.İşida onlara minnətdarlığını bildirib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
“Kolokol Rossii”: Ermənistanın Paşinyan xəstəliyi
18.06.2018
Manvel Qriqoryanın əməlləri araşdırılmalıdır
16.06.2018
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında parlamentlərin böyük rolu var
15.06.2018
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü barədə məlumatlandırılıb
15.06.2018
“Ölkənin sərhəd mühafizəsi ən müasir səviyyəyə qaldırılıb”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info