Noyabrda Çinə ixrac missiyası təşkil olunacaq
Tarix: 13.10.2017 | Saat: 11:09:00 | E-mail | Çapa göndər
Noyabrda Çinə Azərbaycanın növbəti ixrac missiyası təşkil olunacaq.

İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasına təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 12-15-də təşkil olunacaq ixrac missiyası şərab və spirtli içkilərin istehsalını əhatə edir. Missiyada iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Müsabiqə İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında noyabrın 1-də AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal, meyarların cəmi üzrə minimum keçid balı - 20 baldır.

İxrac missiyasında iştirak etmək üçün ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar oktyabrın 17-dək AZPROMO-ya təqdim edilməlidir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi tərəfindən ötən il noyabrın 9-13-də Çin Xalq Respublikasının Honqkonq Xüsusi İnzibati Ərazisinə və Quancou şəhərinə ilk ixrac missiyası təşkil olunmuşdu.




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
“SOCAR Karbamid” zavodu bu il məhsul istehsalına başlayır
23.04.2018
“2018-ci ildə “BP Azerbaijan“ şirkəti kadr milliləşdirilməsini 90 faizə çatdıracaq”
23.04.2018
Keçmiş MTN əməkdaşı 14 il azadlıqdan məhrum edildi
23.04.2018
AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır
23.04.2018
Nazir: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır“

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9080

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info