Daşkənddə beynəlxalq konfrans keçiriləcək
Tarix: 13.10.2017 | Saat: 11:35:00 | E-mail | Çapa göndər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 17-də Özbəkistana səfərə gedəcək.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini İşlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə oktyabrın 18-də Daşkənddə keçirəcəyi “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Prezident İlham Əliyevin bu il elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə keçirilmiş beynəlxalq tədbirlərin ardınca Daşkənddə baş tutacaq “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Buxara və Səmərqəndə getməsi də planlaşdırılır.

Səfər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan nümayəndə heyətinin Özbəkistanın rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“2018-ci ildə sürətli iqtisadi inkişafın olacağı proqnozlaşdırılır”
20.10.2017
MTRŞ bir TV-yə peyk yayımı, 10 şirkətə isə İP TV yayımı üçün lisenziya verib
20.10.2017
Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib
20.10.2017
BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir
20.10.2017
İsa Həbibbəyli: “Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info