Özbəkistanda Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib
Tarix: 13.10.2017 | Saat: 12:27:00 | E-mail | Çapa göndər
Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən “Soqdiana” xalq çalğı alətləri orkestri yeni mövsümün açılışını edib.
Açılışda Avropa və Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib.
Tədbirdə orkestrin xidmətləri haqqında danışılıb, kollektivin bədii rəhbəri, Özbəkistanın Əməkdar Artisti, professor Fizruzə Abduraximovaya Özbəkistan Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim edilib.
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbirdə Azərbaycanın zəngin musiqi ənənələri haqqında danışıb, Şərqdə ilk operanın dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazıldığını diqqətə çatdırıb, Azərbaycan musiqisinin Özbəkistanda maraqla qarşılandığını qeyd edib. O deyib ki, rəhbərlik etdiyi mərkəz “Soqdiana” orkestri ilə sıx əməkdaşlıq edir. Mərkəzin xətti ilə keçirilən tədbirlərdə orkestr daim iştirak edir. “Soqdiana” repertuarında Azərbaycan bəstəkarlarının əsərlərinə geniş yer verir.
Sonra orkestr Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən fraqmentlər, Fikrət Əmirovun “Qarabağ Azərbaycan incisidir” əsərini səsləndirib.
“Qarabağ Azərbaycan incisidir” əsəri ifa olunarkən monitorlarda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış, Qarabağın füsunkar təbiəti, Azərbaycan torpaqlarının işğalı, bu torpaqlarda dağıdılmış abidələrdən bəhs edən videoçarx nümayiş etdirilib. İfa edilən əsərlər alqışlarla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Gəncədə salınacaq bulvar müasir tikililəri ilə şəhərin simasını dəyişəcək
23.04.2018
Daşkənddə keçirilən bayram tədbirində Azərbaycan da təmsil olunub
23.04.2018
Stokholmda Azərbaycan musiqisi və mədəniyyəti nümayiş olunub
21.04.2018
Natali Portman İsrailin nüfuzlu mükafatından imtina edib
20.04.2018
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9080

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info