Bakının ən böyük parkı
Tarix: 11.05.2013 | Saat: 00:44:00 | E-mail | Çapa göndər


Bakının Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksinin açılışı olub.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılışda iştirak ediblər. Yeraltı avtomobil dayanacağının üstündə müasir istirahət parkı kompleksi Bakı şəhərinin simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Dövlət başçısı kompleksdə inşaat işlərinin gedişini daim nəzarətdə saxlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezidentə park kompleksi haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, bu kompleks şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın uzunluğu bir kilometr, eni isə 150 metrdir. Burada ən müasir tələblərə cavab verən 5 fəvvarə kompleksi quraşdırılıb. Parkın girişində və çıxışında quraşdırılan fəvvarənin ətrafında oturacaqlar qoyulub. Bu da parkda müxtəlif tədbirlər keçirməyə imkan verəcək. Kompleksdə 7 yeraltı keçid inşa olunub. Keçidlərdə 24 eskalator quraşdırılıb. Avtomobillərini yeraltı dayanacaqda saxlayanların parka rahat qalxmaları üçün 14 lift fəaliyyət göstərəcək. Dayanacaqda piyadaların parka çıxışı üçün də 32 keçid var. Kompleksin inşası zamanı Səməd Vurğun, Füzuli, Mirzağa Əliyev və Şixəli Qurbanov küçələri genişləndirilib. Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi artıq başa çatıb. Parkda üç yay kafesi də fəaliyyət göstərəcək. Prezident kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Prezident: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
19.09.2020
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi
19.09.2020
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
19.09.2020
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
19.09.2020
SOCAR: Bakı NEZ-in təmiri müddətində daxili tələbat üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
4 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
5 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info