Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyası müzakirə olunub
Tarix: 13.10.2017 | Saat: 14:47:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi ilə bağlı konsepsiyasının yekun nəticələrinin müzakirəsi keçirilib. Qeyd edək ki, akademik İsa Həbibbəyli uzun illərdir ki, üzərində işlədiyi konsepsiya üzrə bir neçə dəfə ölkədə və xarici ölkələrdə məruzə ilə çıxış edib, mövzu ilə bağlı elmi ictimaiyyət arasında geniş müzakirə və diskussiyalar keçirilərək yeni təsnifat təqdir olunub.
Tədbirdə müasir Azərbaycan ədəbiyyatşünaslığının qarşısında duran mühüm vəzifələrdən biri də milli ədəbiyyat tarixinin keçdiyi çoxəsrlik inkişaf yolunun sistemli şəkildə dövrləşdirilməsinin elmi təsnifatını hazırlamaqdan ibarət olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli milli ədəbiyyatın keçdiyi çoxəsrlik inkişaf yolunun elmi-nəzəri cəhətdən yenidən və əsaslı şəkildə dövrləşdirilməsi zərurəti konkret olaraq yalnız Azərbaycanın bir ölkə kimi dövlət müstəqilliyi qazanmasından sonra meydana çıxdığını xüsusi vurğulayıb.
Akademik İsa Həbibbəyli hazırkı şəraitdə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi haqqında elmi konsepsiyanın hazırlanmasını 1) Azərbaycan ədəbiyyatı tarixinin keçmiş sovet ideologiyası əsasında aparılmış dövrləşməsinin ədəbi-tarixi proseslərin reallıqlarını əks etdirməməsi, müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə uyğun gəlməməsi; 2) Ayrı-ayrı müəlliflərin və ya müəlliflər kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə, monoqrafik tədqiqatlarda dövrləşdirilmədə keçmişdə müəyyən edilmiş mərhələlərdən uzaqlaşa bilməmək hallarının aşkar nəzərə çarpması; 3) Dövrləşmə meyarlarında və mərhələlərin müəyyən olunmasında pərakəndəliyin müşahidə olunması; 3) Dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması; 4) Dövrləşdirmə prosesində dünyada gedən ədəbi-tarixi proseslərin nəzərə alınması zərurətindən yarandığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəylinin müəllifi olduğu Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyası ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılıb, ədəbiyyatşünas alimlər filologiya elmləri doktoru Mahirə Quliyeva, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, filologiya elmləri doktoru, professor Tahirə Məmməd bu konsepsiyanın zəruriliyini vurğulayaraq böyük elmi əhəmiyyətindən geniş bəhs ediblər.
Elmi şuranın iclasında gündəlikdə duran bir sıra cari məsələlərə də baxılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
“2018-ci ildə sürətli iqtisadi inkişafın olacağı proqnozlaşdırılır”
20.10.2017
MTRŞ bir TV-yə peyk yayımı, 10 şirkətə isə İP TV yayımı üçün lisenziya verib
20.10.2017
Fazil Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib
20.10.2017
BANM 700 bal toplamış tələbələrin sayına görə liderdir
20.10.2017
İsa Həbibbəyli: “Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli şeirin yaradıcısıdır”

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info