Ekstremal idman yürüşü üzrə muxtar respublika birinciliyinə yekun vurulub
Tarix: 13.10.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər
Naxçıvandakı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən ekstremal idman yürüşü üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Yürüş məsafəsi Duzdağ Fizioterapiya Mərkəzinin yolunu əhatə edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş yürüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Birincilikdə 6 komandanın heyətində 60-a yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən, qızların mübarizəsində qalib adını Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Cansu Abbasova qazanıb. Həmin kollecin digər tələbəsi Telli Abbasova ikinci, Naxçıvan Tibb Kollecinin tələbəsi Dünya Əmrahlı isə üçüncü olub.
Oğlanların mübarizəsində finiş xəttinə ilk olaraq Naxçıvan Musiqi Kollecinin tələbəsi Kazım Quliyev çatıb. Digər iki pillədə isə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Cavid Qasımov və Naxçıvan Musiqi Kollecinin tələbəsi Səfər Tağıyev qərarlaşıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
20.10.2017
Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
20.10.2017
Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
20.10.2017
Naxçıvanda enerji təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
19.10.2017
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info