Prezident Gül bayramında iştirak etdi
Tarix: 11.05.2013 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olublar.
Dövlətimizin başçısı və ailə üzvləri ulu öndər Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdiriblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə məlumat verib ki, paytaxt sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli gül bağına çevrilib.
Parkda müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, anadan olmasının 90-cı ildönümünü qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi xüsusilə diqqət çəkir. Abidənin postamenti güllərlə bəzədilib. Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayı qarşısında qurulmuşdu. Bu məkanı dağın zirvələri fonunda ulu öndərin güllərdən toxunmuş portreti bəzəyirdi. Parkda müxtəlif çiçəklərdən gül xalıları, maraqlı kompozisiyalar yığılmışdı.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək və bitkilərdən, yarpaqlardan hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradırdı. Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Müxtəlif dibçək və kəsilmə güllərdən, qurudulmuş gül və bitki kollarından, göz oxşayan eksponatlardan ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulmuşdu. Hər tərəf baharın xoş ovqatına bürünmüşdü. Ümummilli lider Heydər Əliyevin xatirəsinin bahar çiçəkləri ilə anılması əlbəttə ki, ulu öndərin xatirəsinə xalqımızın dərin hörmət və ehtiramını nümayiş etdirir.
Builki Gül bayramı daha bir hadisə ilə yadda qalacaq. Belə ki, “DufoA” adlı Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının “azeri” adını verməyi qərara alıb. Bununla bağlı bu gün Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və “DufoA” Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıblar.
Xrizantem gülünün bu növünün yetişdirilməsi üçün beş il vaxt tələb olunur. Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə aldı.
Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünmüşdü. Rənglər o qədər gözəldir ki, istər-istəməz insanda xoş ovqat yaradırdı. Fəvvarələr də güllərlə əhatə olunmuşdu. Yüzlərlə çiçəyin bir arada toplandığı bu məkanda heç nə bir-birini təkrarlamırdı. Buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. Onların gülləri xatırladan müxtəlif libaslarda parka gəlmələri bayram ovqatını daha da artırır.
Artıq Bakıda ənənə halını alan Gül bayramı dünyanın ən nadir gözəlliklərini bir arada toplamaqla ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, ümummilli liderin doğum gününün bu cür mötəbər formada keçirilməsi ilə yadda qalır.
Dövlətimizin başçısı və xanımı Gül bayramında iştirak edən uşaqlarla səmimi söhbət ediblər, xatirə şəkli çəkdiriblər.
Bu il Gül bayramının daha bir maraqlı məqamı ondan ibarətdir ki, yüzlərlə uşaq Heydər Əliyev Sarayı qarşısında yürüş etdilər. Qeyd edək ki, Gül bayramında biz də iştirak etdiyimiz üçün müşahidə etdik ki, bayrama yığışan insanların, gənclərin, məktəblilərin, yaşlıların sayı-hesabı yox idi. Heydər Əliyev Parkı dörd bir yandan insan seli ilə əhatə olunmuşdu. Hamı parka tələsirdi, parkdakı gözəllikləri daha yaxından görmək, konsertə qulaq asmaq üçün insan sıraları ard-arda düzülmüşdü. Bu baxımdan təhlükəsizlik tədbirləri də görülmüşdü ki, vətəndaşlar rahatca, nizamla parka axışsınlar. Xüsusilə qeyd etmək lazımdır ki, Gül bayramı ilə bağlı parkın yerləşdiyi ərazilərdə olan prospekt və küçələr, səkilər izdihamla dolu idi. İnsanlar sevinclə Gül bayramını qeyd etmək, ümummilli liderin xatirəsini yad etmək üçün parka doğru irəliləyirdilər. İnsanların üzündən sevinc və təbəssüm əskik olmurdu. Onu da qeyd edək ki, Azərbaycan vətəndaşları ilə yanaşı, diaspor nümayəndələrimizin, eləcə də əcnəbilərin də eyni sevinclə Gül bayramında iştirak etdiklərinin şahidi olduq. Bayramda iştirak edən vətəndaşlarımız, eləcə də çoxlu sayda əcnəbilər Gül bayramı ilə bağlı hər bir məqamı, hər bir yeri və gözəlliyi fotoya alır, şəkillər çəkdirir, videoçəkilişlər aparırdılar.
Bu baxımdan Gül bayramının həm də turizm baxımından ölkəmiz üçün böyük önəm kəsb etdiyinin şahidi olduq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Mərkəzi Afrika Respublikasında 23 döyüşçü həlak olub
14.09.2019
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14.09.2019
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14.09.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info