Bakıda “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcək
Tarix: 13.10.2017 | Saat: 15:29:00 | E-mail | Çapa göndər
Bakı Yunus Emre İnstitutu, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, İzmir Balçova Bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin birgə təşkilatçılığı ilə 17-21 Oktyabr 2017-ci il tarixlərində Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə “Rənglərin qardaşlığı” adlı layihə həyata keçiriləcəkdir. Kuratorluğunu Azərbaycan və Türkiyə dövlətlərinin rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadənin etdiyi layihənin sərgisinin açılışı 19 oktyabr 2017-ci il tarixində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində baş tutacaqdır. Sərgidə Türkiyəli rəssamların layihə çərçivəsində İzmirdən gətirdikləri və Bakıda çəkdikləri və Azərbaycanlı rəssamların layihə üçün ərsəyə gətirdikləri rəsmlər nümayiş etdiriləcəkdir.
Xatırladaq ki, layihənin birinci mərhələsi 28 may – 2 iyun tarixləri arasında Azərbaycanlı rəssamların iştirakı ilə İzmirdə həyata keçirilib. Rəssamların emalatxana fəaliyyətləri turistik gəzintilərlə zənginləşdirilmiş, emalatxana fəaliyyətlərinin ardından əsərləri İzmir Balçova Bələdiyyəsi Mədəniyyət Evində nümayiş etdirilən sənətçilər təşkil olunan kokteylə bir araya toplanmışdılar.
Sərgidə əsərləri nümayiş etdiriləcək rəssamlar:
İzmir / Türkiyə: Bedri Karayağmurlar, Mahmut Durmuş, Reyhan Abacıoğlu, Faden Suzan Kudsioğlu, Gündoğdu Uğraş, Hatice Aydoğan.
Bakı / Azərbaycan : Günay Mehdizadə, Suğra Bağırzadə, Adilə Əfəndi, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Elmar Ağamirzə, Mehriban Mehdizadə, Fatimə Mövlamova.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Şövkət Ələkbərovanın məzarı ziyarət olunub
20.10.2017
Azərbaycanlı rəssamın əsərləri Parisdə sərgilənir
19.10.2017
Yollar qovuşanda...
19.10.2017
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni səhnə əsərini təqdim edəcək
19.10.2017
Moskvada Azərbaycan Dövlət Rəqs Ansamblının konserti olacaq

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info