Biləsuvarda iki aqropark yaradılıb
Tarix: 13.10.2017 | Saat: 16:26:00 | E-mail | Çapa göndər
Rayona  kənd təsərrüfatı üzrə 7 investor tərəfindən sərmayə qoyulub
Biləsuvar Rayon İcra Hakimiyyətində   2017-ci ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat iclasında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun iş adamları, ağsaqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev 2017-cı ilin doqquz ayında rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verib.
M.Quliyev bildirib ki, Prezidentin sədrliyi ilə 9 oktyabrda Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısı bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini bildirərək iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulamış və ötən müddət ərzində qeyri-neft iqtisadiyyatının 2,5 faiz artımını  son illərdə aparılan siyasətin nəticəsi kimi xarakterizə edib. Prezident bildirib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib. Ötən  doqquz ayda Azərbaycanın valyuta ehtiyatlarının 42 milyard dollar səviyyəsində olduğunu bildirən Prezident bu dövrdə valyuta ehtiyatlarımızın 4,5 milyard dollar həcmində artmasını doqquz ayın ən uğurlu məsələlərindən biri olduğunu qeyd edib. Yığıncaqda məruzə ilə çıxış edən M.Quliyev bildirib ki, respublikamızda aparılan sosial-iqtisadi  inkişafa uyğun olaraq rayonumuzda da bu dövrdə ayrı-ayrı sahələrdə nailiyyətlər əldə olunub, ölkə rəhbərinin regionlarda   aqrar sahənin, xüsusilə də  pambıqçılığın inkişaf etdirilməsi istiqamətində qarşımıza qoyduğu  vəzifələrə uyğun olaraq kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bunun nəticəsidir ki, ötən doqquz ayda kənd təsərrüfatı sahəsində çalışanların sayı rayon üzrə 40 min nəfərə yaxın olub. Bu dövrdə ümumi məhsul istehsalında kənd təsərrüfatının həcmi 126.5 milyon manat təşkil etmişdir ki, bu da hesabat dövründə istehsal olunan ümumi məhsulun 55.6 faizidir. Ötən illə müqayisədə bu il rayonda  pambıq əkin sahəsi 2 dəfə,  taxıl və digər sahələr isə 1.5 dəfə genişləndirilib, çəltik, soya, qarğıdalı kimi bitkilərin əkininə nail olunub. Pambıqçılıq ənənələrinə malik olan Biləsuvar rayonunda ötən 2016-cı ildə 6040 hektar sahədə pambıq əkilib və 12062 ton məhsul toplanıb. Bu il isə əkin sahələri 2 dəfə artırılaraq  11351 hektara çatdırılmış və hesabat gününədək sahələrdən 10 min tona yaxın məhsul toplayıblar. Prezidentin sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı”nda  kənd təsərrüfatının kooperativləşdirilməsi və yeni təsərrüfat formalarının yaradılması nəzərdə tutulub. Proqrama uyğun olaraq rayonda da bu istiqamətdə 2 aqropark yaradılıb. Aqroparklar geniş  prespektivləri özündə  cəmləşdirərək kənd təsərrüfatında yeni idarəetmə formasının bariz  nümunəsidir.  Hesabat dövründə “Aqroinvestment Green Firm” Məhdud Məsuliyyətli Cəmiyyəti 5000 hektar ərazidə yaradılmış aqroparkda kənd təsərrüfatı məhsullarının becərilməsi məqsədilə  Araz çayından ayrılan  42 km-lik suvarma kanalının tikintisini davam etdirib, ərazinin əkinə hazırlığı və texnikaların alınması ilə bağlı işlərə başlayıb. İlin sonuna kimi MMC tərəfindən bu işlərə 1 milyon ABŞ  dollarına yaxın investisiya qoyulması  nəzərdə tutulub.
“Yaşıl ada” MMC adlı ikinci aqroparkda isə artıq ofis  binası, 10 min tonluq anbar, 5 ədəd tarla düşərgəsi salınıb. 18 km avtomobil yolunun çəkilişinə başlanıb, 20 km  sahələrarası yollar çəkilib, böyük şor kollektoru üzərində avtomobil korpusu tikilib. 10 km-lik  suvarma kanalında  30 min kub metr lildən təmizləmə Işləri aparılıb. Burada əkin sahələri və tikinti işlərinə 1 milyon manata yaxın daxili investisiya qoyulub. Hazırda aqroparkda 1000 nəfərdən artıq işçi çalışır. Bu günədək aqropark ərazisində 435 hektar pambıq, 220 hektar qarğıdalı, 65 hektar buğda əkilib. Buğda sahələrindən 195 ton  məhsul götürülərək məhsuldarlıq 30 sentnerə çatdırılıb. Aqroparkda hazırda 435 hektar sahədə əkilən pambıq sahəsində pambıq yığımı aparılır. Bu günədək sahələrdən 250 tona yaxın məhsul yığılıb. Yığım sürətlə davam edir. Prezidentin bölgələrə sərmayə qoyuluşu çağırışına qoşulan iş adamları üçün son dövrlər Biləsuvar rayonu da ayrı-ayrı investorların maraq dairəsinə çevrilib. Heç də təsadüfi deyil ki,  əlverişli iqlim şəraitinə və bol su  şəbəkəsinə malik  rayona  hazırda kənd təsərrüfatı üzrə 7 investor tərəfindən sərmayələr qoyulub.  2017-ci ildə “Muğan düyü” MMC rayonda 1200 hektar torpaq sahəsini icarəyə götürüb və cari ildə MMC 320 hektar sahədə çəltik, 100 hektar sahədə qarğıdalı və 100 hektar sahədə pambıq əkib. “Azərtoxum” MMC tərəfindən isə 500 hektar sahədə qarğıdalı əkini aparıb. Bu il  20982 hektar payızlıq taxıl əkini aparılıb ki, nəticədə 56 min ton taxıl istehsal olunub,  hər hektardan  məhsuldarlıq  26.6 sentner təşkil edib.  Rayon əhalisi ərzaq buğdasına olan tələbatını öz məhsulları hesabına ödəyiblər. Hesabat dövründə rayonda yazlıq bitkilərdən 903 hektar qarğıdalı, 26 hektar sorqo, 94 hektar paxlalılar, 410 hektar şəkər çuğunduru, 805 hektar günəbaxan, 20 hektar soya, 125 hektar kartof, 2054 hektar isə bostan-tərəvəz məhsulları əkilmiş və sahələrdən bol məhsul toplanıb. Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 227,8 milyon manat olub ki, buda ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.4 faiz çox olub. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 126.5,  ticarətdə 57.7, sənayedə 20.9, tikintidə 20,  informasiya nəqliyyat və rabitədə isə 2.7 milyon manat olub. Doqquz ayda əsas  kapitala yönələn  investisiyalar 22.2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 172.7 milyon manat təşkil edib. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 227.8 manat, orta aylıq əmək haqqı isə  294 manat olub. 2017-ci ilin doqquz ayında rayon əhalisinin gəlirləri 216 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 2117 manat təşkil edib. Sahibkarlığın inkişafına kömək məqsədilə   Sahibkarlığa Kömək Milli Fondu tərəfindən doqquz ayda 45 nəfər sahibkara 568  min  manat kredit verilib. Ötən doqquz ayda  rayonda aparılan   tikinti,  abadlıq və quruculuq işlərinə toxunan İcra Hakimiyyətinin başçısı bildirib ki, bu dövrdə “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Prezidentin sərəncamının icrası ilə əlaqədar Zəhmətabad kəndində yerləşən su anbarından rayonun Bəydili və Xırmandalı kəndlərinə yeni su xətti çəkilib, Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində isə 52 ədəd bulaq tikilib istifadəyə verilib. “Biləsuvar şəhərinin su təchzatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 30 avqust 2017-ci il tarixli sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat vəsait ayrılıb və hal-hazırda şəhər ərazisində kanalizasiya sisteminin tikintisi davam etdirilir. Prezidentin “Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı müvafiq sərəncamına uyğun olaraq şəhər ərzsindəki aztəminatlı ailələrin yaşadığı 25 ədəd çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Bundan əlavə rayonun Əliabad kəndinin mərkəzi küçəsində 2,0 km uzunluğunda asfalt yol çəkilib, Ələt-Astara mağistral avtomobil yolunda 396.5 min manatlıq, Biləsuvar-İran sərhədi magistral avtomobil yolunda isə 72,7 min manatlıq yol təmiri işləri aparılıb. Ötən dövr  ərzində rayonda  əhalinin elektrik enerjisi və  təbii qazla təmin edilməsi istiqamətində işlər görülərək  yaşayış məntəqələrində şəhər mərkəzində və kəndlərdə 10 kv-luq şəbəkə üzrə 9.56 km  naqil, 0.4 kv-luq şəbəkə üzrə  5.92 km naqil yenilənib, 11.96 km SİP kabel çəkilib, 466 yeni metal elektrik dirəyi, 51 ədəd beton dirəyi və  31 ədəd yeni elektrik transformatoru quraşdırılıb. Rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilib.
Son illər rayona  yeni məktəb binaları tikilib,  7 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilib. Rayonun təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılıb. Bu il ali məktəblərə qəbul olan 223 məzundan 20 nəfəri 600-dən yuxarı, 52 nəfəri isə 500-600 arası bal toplayıb. Rayondakı M.İbrahimov adına  məktəb lisey kompleksinin  uğurları daha sevindiricidir. Bu məktəb-liseyi bu il bitirən   bütün məzunlar yüksək balla respublikanın müxtəlif nüfuzlü ali təhsil ocaqlarına qəbul olaraq tələbə adını  qazanıblar. Rayonda əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması üçün Mərkəzi rayon Xəstəxanası müvafiq işlər görür. 2017-ci ilin doqquz ayında rayonda dövlət Gənclər və İdman siyasətinin həyata keçirilməsindən ötrü bir sıra işlər görülüb, gənclərin mənəvi-psixoloji, mədəni, vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi işlərinə diqqət daha da artırılıb.
Prezidentin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilən və artıq bir ənənəyə çevrilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  bu ilin 23 mart tarixində  rayonumuzun  40 nəfər gənci  Quba-Qusar-Xaçmaz rayonlarına  ekskursiyaya göndərilib.
Mahir Quliyev çıxışının sonunda Prezidentin ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışı bir daha diqqətə çatdıraraq bildirib ki, Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı  qarşımıza çox böyük məsuliyyət qoyur. 2017-ci ili uğurla başa vurmaq və sonrakı illərdə də daha əzmlə çalışmaq üçün rayonda  aparılan abadlıq, quruculuq işlərini davam etdiriləcək, sosial infrastrukturun yenilənməsi, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin yaradılmasını bundan sonra da  əsas prioritet məsələlər olaraq qəbul ediləcək. Hesabat iclasında Rayon Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, “MKT Biləsuvar” filialının icraçı direktoru Qulamhüseyn Əliyev və 45 saylı Yol İstismar MMC-nin baş mühasibi Qulam Sadıxov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat veriblər və qarşıda duran vəzifələr  müzakirə olunub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
20.10.2017
Naxçıvanda müəssisələr lazımi mal-materiallarla təmin edilib
20.10.2017
Naxçıvan Dövlət Universitetində elmi şuranın iclası keçirilib
20.10.2017
Naxçıvanda enerji təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
19.10.2017
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılır

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7540

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Yollar qovuşanda...
4 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
5 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info