Dilçilik İnstitutu: Ədəbi dil pozuntularına qarşı cərimələr hüquqi şəxslərə tətbiq olunmalıdır
Tarix: 13.10.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


“Ədəbi dil pozuntularına qarşı tətbiq ediləcək cərimələrin miqdarı müəyyənləşdirilir”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.
O bildirib ki, cərimələr layihə şəklində müəyyən edildikdən sonra AMEA Rəyasət Heyətinin iclasında müzakirə ediləcək və müzakirənin nəticəsinə uyğun olaraq təsdiqlənməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunacaq.
Şöbə müdiri qeyd edib ki, cərimələrin əsasən hüquqi şəxslərə şamil olunması nəzərdə tutulur: “Tutaq ki, küçədə və ya ictimai nəqliyyatda iki nəfər ləhcə ilə danışırsa, onlar cərimə oluna bilməz. Məişət şəraitində fiziki şəxslərdən ədəbi dil qaydalarına riayət etmələri tələb oluna bilməz. Cərimələr əsasən televiziya-radio proqramları, reklam çarxları, reklam lövhələrindəki dil pozuntularına qarşı tətbiq ediləcək. Hesab edirik ki, cərimələrin tətbiqi ümumi işin faydasına olacaq”.
Qeyd edək ki, bir müddət əvvəl ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün cərimələrin tətbiq edilməsi təklif edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
18.07.2018
İtaliya Prezidentinin qızı Qobustan və “Atəşgah məbədi” ilə tanış olub
18.07.2018
“Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı regional tədbir keçiriləcək
18.07.2018
Reklam Agentliyi “Açıq qapı“ təşkil edib
18.07.2018
BANM-in 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9651

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info