Qızıl və gümüş satışından 62 milyon dollardan artıq vəsait əldə edilib
Tarix: 13.10.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) qızıl və gümüş satışından 62 milyon dollardan artıq vəsait əldə edib. Bu barədə QSC-dən məlumat verilib.
Bildirilir ki, “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinin fəaliyyətini bərpa etmiş və mədəndə qızıl və gümüş hasilatı uğurla həyata keçirilir. Cəmiyyət tərəfindən əməliyyat proseslərində aparılan optimallaşdırma işləri nəticəsində mədənin fəaliyyətində səmərəlilik əldə olunaraq, hasilatın gücü artırılıb. Cari ilin sonunadək hasilatın daha da artırılması gözlənilir.
Dövlət şirkəti Çovdar filiz emalı sahəsinin ikinci – yeraltı qızıl hasilatı mərhələsinə start verib. Bu məqsədlə filiz emalı sahəsinin ikinci mərhələsinin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. Cəmiyyət digər rayonlarda yerləşən filiz sahələri və mədənlərdə də paralel olaraq tədbirlər görür. Ölkənin, həmçinin regionun ən böyük əlvan filiz mədəni olan Filizçay mədənində də işlərə başlanılıb. Balakən rayonunda yerləşən bu mədəndə ilkin iqtisadi dəyərləndirmə və hazırlıq işlərinin aparılması üçün dünyaca nüfuzlu şirkətlərlə əməkdaşlıq edilir. Filizçay – həm nəhəng resurslara malik, həm də ən mürəkkəb yataqlardan biridir.
“AzerGold” QSC fəaliyyətdə olan mədənlərin işlənməsi, həmçinin yeni əlvan metal yataqların axtarışı, tapılması istiqamətində fəal kəşfiyyat və araşdırma işləri aparır. Hazırda ölkəmizə gətirilmiş müasir avadanlıqlar vasitəsilə Azərbaycanın bir neçə regionunda geofiziki tədqiqatlar və genişmiqyaslı buruq qazma işləri üzrə kəşfiyyat proqramı uğurla həyata keçirilir.
Cəmiyyətin məqsədi qeyri-neft sektorunun inkişafı, o cümlədən milli iqtisadiyyata xarici valyutanın daxil olmasında mühüm rol oynamaqdır. Belə ki, “AzerGold” QSC tərəfindən aprel-oktyabr aylarında həyata keçirilən 6 ixrac üzrə 48 min 800 unsiya qızıl və 68 min 400 unsiya gümüş dünya metal birjalarında satılaraq, ümumilikdə 62 milyon 250 min ABŞ dollarına yaxın (105.8 milyon manat) gəlir əldə edilib.
Cəmiyyət iqtisadi maraqlarla yanaşı, dövlətin sosial yönümlü siyasətinə uyğun yeni iş yerləri yaradır və regionların inkişafında öz töhfəsini verməyi planlaşdırır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
“SOCAR Karbamid” zavodu bu il məhsul istehsalına başlayır
23.04.2018
“2018-ci ildə “BP Azerbaijan“ şirkəti kadr milliləşdirilməsini 90 faizə çatdıracaq”
23.04.2018
Keçmiş MTN əməkdaşı 14 il azadlıqdan məhrum edildi
23.04.2018
AZAL Səudiyyə Ərəbistanının altı şəhərinə uçmağı planlaşdırır
23.04.2018
Nazir: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır“

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9080

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info