“YouTube”dan yenilik
Tarix: 11.05.2013 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Nəhəng dünya videohostinqi “YouTube” əhəmiyyətli yenilik elan edib. Artıq bir neçə videokanal yaradıcıları istifadəçilərdən abunə yolu ilə ödəmə qəbul etmək imkanı qazanıblar.
Aylıq abunə haqqı 99 sent təşkil edəcək. “The New York Times” yazır ki, “Google” videohostinqinə məxsus bir neçə ödənişli kanal test proqramlar üçün kiçik tərəfdaşlar qrupu alıb. Onların sırasında xüsusilə “YouTube” kanalının ödənişli abunəçilərinə öz şoularının tam seriyalarını - “Ultimate Fighting Championship”in döyüş sənəti haqqında şouları, "National Geographic Kids”dən uşaq proqramları, “iAmplify”dan idman məşqləri üçün videosıralarını təklif edən “Sezam küçəsi” proqramkanalı seçilir. Hələ ki, bu cür kanal-tərəfdaşlar 30-dur. Gələcəkdə mümkündür ki, abunə ödəmələri keyfiyyətli məzmunla çıxış edən “YouTube” istifadəçilərinin böyük əksəriyyətinə verilsin. Əsas odur ki, funksiyaları sərbəst daxil etmək mümkün olacaq. Tamaşaçılar abunə haqqını “Google Wallet” vasitəsilə ödəyəcəklər.
Bütün ödənişli kanallarda iki həftəlik sınaq müddəti keçiriləcək ki, bu müddət ərzində kanalların məzmunu ilə ödənişsiz tanış olmaq mümkün olacaq. Gələcəkdə, həmçinin bəzi istifadəçilər il ərzində abunə ödənişi zamanı endirim də əldə edə biləcək. Aylıq abunənin minimum haqqı 99 sent, maksimum 7 dollar 99 sent təşkil edir. “YouTube” abunə gəlirlərinin məhz hansı hissəsini saxlayacağını isə rəsmi şəkildə açıqlamır. Reklam videoçarxlarından gələn gəlir 45% təşkil edir.
Videokanal yaradıcılarının populyar “YouTube” kanalında yerləşdirdikləri reklam videosundan gəlir əldə etmək imkanı hələ 2007-ci ildən yaranıb. Lakin onların çoxu belə əməkdaşlığın maliyyə gəliri gətirəcəyinə əmin deyildilər. Bundan başqa, çoxlu məşhur videobloqqerlər və keyfiyyətli videoməzmun təqdim edən istehsalçılar öz reklam məhsullarını korlamamağı və daimi tamaşaçılarından müntəzəm kiçik ödəmələri qəbul etməyi üstün tutmuşdular.
N.ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Prezident: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
29.09.2020
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
29.09.2020
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
29.09.2020
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
29.09.2020
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info