Moskvada Azərbaycandakı gənclər siyasətindən danışılıb
Tarix: 13.10.2017 | Saat: 17:39:00 | E-mail | Çapa göndər
Moskvada BMT-ə üzv 70-dən çox ölkənin gənclər siyasətindən məsul dövlət qurumlarının rəhbərlərinin və nazirlərinin iştirakı ilə toplantı keçirilir. XIX dünya gənclər və tələbə festivalı öncəsi keçirilən toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantı çərçivəsində iştirakçı ölkələrin nümayəndələri gənclər siyasəti sahəsində fikir mübadiləsi aparır, dövlət gənclər siyasətinin inkişafı istiqamətində təcrübələrini bölüşürlər.
Toplantının birinci günündə müzakirələrdə BMT baş katibinin gənclər məsələləri üzrə müşaviri Cayatma Vikramanayake, Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva, Gənclər Məsələləri üzrə Federal Agentliyin rəhbəri Aleksandr Buqayev, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Mixayıl Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi iştirak ediblər.
Cayatma Vikramanayake çıxışında BMT tərəfindən gənclər sahəsində həyata keçirilən layihələr haqqında məlumat verib, 2014-cü ildə Bakıda keçirilmiş Gənclər Siyasəti üzrə Qlobal Forumu xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan Hökumətinin dəstəyi ilə yüksək səviyyədə keçirilən bu Forum, eyni zamanda, dünyanın gənc liderlərinin bir araya gəlməsində mühüm rol oynayıb. BMT rəsmisi Forumun gənclər siyasətində yeri və önəmi, qəbul olunmuş qərarların gənclərin inkişafındakı müsbət rolu və s. məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasəti, qəbul olunan Dövlət proqramları, gənclərin inkişafı ilə bağlı strategiyalar, onların elmi, intellektual, yaradıcılıq və digər sahələrdə fəallıqlarının artırılması üçün həyata keçirilən layihələr, QHT-lərlə işin aparılması və digər mövzular haqqında ətraflı məlumat verib. Nazir 1980-ci illərin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal altında qalmasını, minlərlə azərbaycanlı gəncin bu müharibənin qurbanı olmasını diqqətə çatdıraraq deyib: “Gənclərimizin inkişafı üçün qarşımızda duran əsas öhdəliklərdən biri onların vətənpərvər vətəndaş kimi yetişmələrini təmin etməkdir. Gənclər siyasəti sahəsində qəbul olunan hər bir Dövlət Proqramı və 2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyasında bu mövzu qırmızı xətt üzrə aparılır. Ölkəmizin müstəqilliyin bərpasından bəri Gənclər və İdman Nazirliyinin əsas fəaliyyət prinsiplərindən biri gənclərə ölkəni sevdirmək, bunun üçün onları Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı haqda daha dolğun və geniş məlumatı özündə əks etdirən layihələrə cəlb etməkdir.”
Nazir Azad Rəhimov hazırda ölkədə 40-dan çox Gənclər evinin fəaliyyət göstərdiyini, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradıldığını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində 121-i beynəlxalq olmaqla, 675 tədbirin həyata keçirildiyini, son beş ildə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi ilə QHT-lərin 4300-dən çox layihəsinin dəstəkləndiyini, 2 mindən çox gəncin nazirliyin xətti ilə mübadilə proqramlarında iştirak etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Azad Rəhimov ölkəmizdə keçirilən “Eurovision” mahnı müsabiqəsi, Formula-1 Qran-Prisi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 13-cü Gənclərin Dünya Skaut Forumu və digər tədbirlər haqqında məlumat verib. Bu layihələrin hər birinin ölkənin turizm potensialının inkişafı, təbliği, Azərbaycana təşrif buyuran əcnəbi qonaqların, o cümlədən jurnalistlərin sayının artması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.
Qeyd edək ki, Moskvaya səfəri çərçivəsində nazir Azad Rəhimov Ümumçin Gənclər Təşkilatının idarə heyətinin sədri, Rusiya Federasiyası Gənclər Məsələləri üzrə Federal Agentliyin rəhbəri Aleksandr Buqayev, Qazaxıstan, Özbəkistan, Bəhreyn, Serbiya, Belarus, İran, Əfqanıstan, Moldova, Fələstinin gənclər siyasətinə məsul nazirləri, eyni zamanda Rusiya Federasiyası Baş nazirinin müavini Vitali Mutko ilə görüşlər keçirib.
Toplantı işini oktyabrın 14-də yekunlaşdıracaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
ABŞ ictimaiyyəti 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırlır
18.01.2018
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu gün görüşəcəklər
17.01.2018
“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
17.01.2018
Azərbaycanda 50-dən artıq Fransa şirkəti fəaliyyət göstərir
17.01.2018
Prezident “Azərişıq”ın bir neçə obyektinin açılışını edib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info