“Nə üçün AŞPA Ermənistana təzyiq etmək üçün heç bir addım atmır”
Tarix: 13.10.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biridir. Belə tədbirlərdən biri kimi dünən AŞPA-da sərbəst müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti bir daha Dağlıq Qarabağla bağlı reallıqları beynəlxalq tribunadan səsləndirib. Müzakirədə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatı ikili standartlarda ittiham edib.

“Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar”
Q. Paşayeva bəzi deputatların Azərbaycan əleyhinə apardığı kampaniyaya cavab verib: “Mən 12 ildir burada ölkəmin təmsilçisiyəm. Amma bu gün yalan-yanlış bilgilərlə “insan haqları” adı altında Azərbaycanı ittiham edən bəzi millət vəkillərinin Avropa Şurasının üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində öz evlərindən sürgün edilmiş 1 milyon azərbaycanlı qaçqının, məcburi köçkünün hüquqlarını müdafiə etmələrini heç vaxt görmədim. Nə üçün yüz minlərlə azərbaycanlı qaçqının haqlarını pozan Ermənistana qarşı təzyiq etmək üçün assambleyamız heç bir addım atmır? Evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı məcburi köçkün assambleyamızdan bu suallarına cavab gözləyir. Ermənistan bütün dünyanın gözləri önündə Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 insanı qətlə yetirdi, yüzlərlə insan o soyuq qış günlərində ağır yaralı olaraq canlarını zorla qurtardı. Ermənistan Xocalıda soyqırımı həyata keçirdi və oradan canlarını qurtara bilmiş çox az sayda məcburi köçkünlər də bu gün öz evlərinə dönə bilmirlər. Nə üçün bu insanların pozulmuş insan haqlarının müdafiəsi üçün assambleyamız heç bir addım atmır? Nə üçün ikili standartlar davam edir? Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayət törədənlər bu gün Ermənistanda yüksək vəzifə tuturlar və bu günə qədər ədalət qarşısında cavab verməyiblər. Baş katib Yaqland Azərbaycan əleyhinə çıxışlar edir. Amma onun Ermənistan prezidentinin özünə birbaşa deməsinə baxmayaraq, Ermənistan bu çağırışlara məhəl qoymur, bu gün də qanunsuz olaraq girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi azadlığa buraxmır. Nə üçün cənab Yaqland və assambleyamız bu insanların pozulmuş insan haqlarının müdafiəsi, onların azadlığa buraxılması üçün Ermənistana təzyiq göstərilməsi istiqamətində ciddi addımlar atmırlar? Ermənistan nümayəndə heyətinin neçə gündür Azərbaycan əleyhinə yalanlarla dolu açıqlamalarına gəlincə, buradan onlara demək istəyirəm ki, siz ASALA terror təşkilatının liderlərindən olan Varujan Qarabedyandan bəhs edin. Fransanın Orli hava limanında Türk Hava Yollarının bürosuna bombalı hücum edərək 8 məsum insanın ölməsinə, 55 nəfərin yaralanmasına səbəb olan terrorçunun Ermənistan dövlətinin və siyasətçilərinin müraciətlərinə əsasən Fransada necə əfv edilməsindən və sizin onu Ermənistanda qəhrəman elan etməyinizdən danışın. Terrorçunu qəhrəmana çevirən bir dövlətin millət vəkillərinin burda bizə insan haqlarından bəhs etməyə haqları yoxdur. Biz bu terrorçu və onunla birlikdə terrorda iştirak edən ermənilərlə bağlı araşdırmalar və istintaqın aparılmasını tələb edirik”.

Avropa Şurasında Azərbaycanın mədəni irsinə qarşı yönələn təxribatların arxasında siyasi məqsədlərin dayandığı bildirilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sərbəst müzakirələrlə başa çatıb. Avropanın siyasi, iqtisadi, mədəni, elmi həyatı üçün aktuallıq kəsb edən və payız sessiyasının gündəliyində nəzərdə tutulmamış məsələlər ətrafında çıxışlar edilib.
Nümayəndə heyətimizin üzvü Rafael Hüseynov Azərbaycan mədəni irsinə qarşı müəyyən qüvvələrin təsiri ilə törədilən təxribat səciyyəli hücumlara diqqəti çəkərək, hər peşə sahibinin, eləcə də siyasətçinin, alimin ədalətli, obyektiv olmasının, həqiqətləri təhrif etməməsinin daim riayət edilməli mühüm əxlaqi prinsip sayıldığını qeyd edib. Bildirib ki, peşə etikası var və hər bir insan öz peşəsində vicdanlı, düz olmalı, riyakar olmamalıdır. Ancaq təəssüf ki, heç kim, eləcə də siyasətçilər ali əxlaqi prinsiplərə riayət etmirlər.
Milli Məclisin deputatı İranda yaşayan, ermənilərin tarixi üzrə mütəxəssis sayılan, ermənilərlə müştərək bir sıra əsərləri olan Oksford Universitetinin əməkdaşı Edmund Herziqin Azərbaycanla bağlı ardıcıl qərəzli fəaliyyətlərindən söz açıb. O, Los-Ancelesdə Kaliforniya Universitetində böyük əksəriyyəti ermənilərin təşkil etdiyi auditoriya qarşısında yalanlar və saxtakarlıqlar üstündə qurulmuş xüsusi məruzə ilə çıxış edən Edmund Herziqin Azərbaycanın mədəni keçmişini və tarixini təhrif etməsindən danışıb.
Rafael Hüseynov bu qəbil şəxslərin əməllərinin şərə xidmət etdiyini vurğulayaraq deyib: “Bu gün Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir, Ermənistan müəyyən xarici güclərin köməyi ilə Azərbaycan ərazilərinin bir hissəsini işğal edib və münaqişə davam edir. Bu münaqişənin tarixi köklərini araşdıranda görürük ki, iki xalq arasında təfriqəni, qarşıdurmanı yaradan həmişə iblis xislətli qüvvələr olub. Edmund Herziq alim adlanacaq şəxsə qətiyyən yaraşmayan əməlləri ilə bu gün həmin məkrli siyasətə xidmət edir”.
Deputat ixtisasca şərqşünas və ermənişünas, elmdən müxtəlif siyasi oyunlar naminə riyakarcasına istifadə edən, tez-tez maskasını dəyişən Edmund Herziqin dünyanın ən güclü elm və təhsil mərkəzlərindən olan Oksford Universitetinin professoru olmasının təəssüf doğurduğunu bildirib.
Milli Məclisin deputatı siyasi konyunkturlara uyaraq tarixi və elmi həqiqətləri təhrif edən belə araşdırıcının işlədiyi elm və təhsil ocağının nüfuzuna xələl gətirdiyini vurğulayaraq, AŞPA-nın Böyük Britaniyadan olan üzvlərini bu məsələdə prinsipial mövqe nümayiş etdirməyə çağırıb.

Nazirlik: Ermənistanın növbəti təxribatının qarşısı alınıb
Ermənistanın növbəti təxribatının qarşısı alınıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilir ki, Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir. Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.
Məlumatda qeyd olunur ki, Frankfurt yarmarkasında iştirak edən Ermənistan tərəfi bu dəfə də öz xislətinə uyğun olaraq Azərbaycana qarşı təxribata əl atıb. Ermənistanın stendində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər işğal olunmuş ərazilərini qondarma “DQR” adı altında göstərən xəritələr yerləşdirilib. Amma bu çox çəkməyib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlarının səyləri sayəsində həmin xəritələr stenddən yığışdırılıb.
Sərginin açılış günündə, həmçinin bir sıra işgüzar görüşlər keçirilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dövlət katibi Ömer Arısoy nümayəndə heyəti ilə birgə Azərbaycanın pavilyonunu ziyarət edib.
Sərginin ikinci günü Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib
13.12.2018
“Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir”
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


17.12 00:33 Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:46] Tbilisi, 16 dekabr, AZƏRTAC Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 16-da Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın daha da genişlənməsindən məmnunluq ifadə olunub, bu işdə dövlətlərimizin başçılarının rolu xüsusi qeyd olunub. Görüşdə regionda və dünyada gedən proseslər, iki ölkənin regionda və dünyada artan nüfuzu, birgə həyata keçirilən layihələr və s. məsələlər də müzakirə olunub. Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov görüşdə iştirak edib. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin AddThis Sharing Buttons Share to FacebookShare to TwitterShare to Çap etShare to Daha Çox MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 12.12.2018 [12:48] NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin görüşünün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir 12.12.2018 [12:40] Xələf Xələfov: Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti davam edir VİDEO 07.12.2018 [12:46] Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 06.12.2018 [21:21] Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək 1 / 1 MULTİMEDİA VİDEO İNFOQRAFİKA Misirdə 4400 illik məzar aşkar olunub 16.12.2018 [19:57] Misirdə 4400 illik məzar aşkar olunub İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb 16.12.2018 [15:48] İsveçrədə turistləri daşıyan avtobus qəzaya uğrayıb Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub 16.12.2018 [15:34] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub Sabahdan hava qeyri-sabit keçəcək 16.12.2018 [14:32] Sabahdan hava qeyri-sabit keçəcək Bütün Videolar SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [18:15] Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:34] Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [15:42] Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [07:41] Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək 16.12.2018 [01:25] On bir ayda mebel istehsalı iki dəfədən çox artıb 15.12.2018 [18:06] Bu il ölkədən 244,3 min ton kimya sənayesi məhsulları göndərilib ELM VƏ TƏHSİL ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilib 15.12.2018 [11:21] Elmə həsr edilmiş nurlu ömür 14.12.2018 [21:18] “Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platformasıdır 14.12.2018 [19:10] Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə təsiri araşdırılıb MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [08:18] “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 15.12.2018 [22:04] Portuqaliya klassik musiqisi ilə muğamın sintezi 15.12.2018 [20:21] Akademik Opera və Balet Teatrında “Karmen” operası təqdim edilib TURİZM Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 13.12.2018 [15:41] Azərbaycanın xarici ölkələrdə rəsmi turizm nümayəndəlikləri açılıb 07.12.2018 [17:58] Şimali Qafqaz və Azərbaycan kurortları arasında əməkdaşlıq inkişaf edir 06.12.2018 [19:10] AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb SƏHİYYƏ Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər Azərbaycan Tibb Universitetinin əməkdaşları Türkiyədə keçirilən konqresdə iştirak ediblər 15.12.2018 [11:22] Son iki ay yarımda 46 nəfər dəm qazından zəhərlənib 14.12.2018 [18:35] Azərbaycan Tibb Universitetində daha 6 şöbənin hesabatı dinlənilib 14.12.2018 [15:19] Uşaqlarda nitq qüsurları EKOLOGİYA Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [13:59] Sabahın hava proqnozu açıqlanıb 15.12.2018 [17:51] “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına “ASAN xidmət” də qoşuldu 15.12.2018 [16:23] Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 15.12.2018 [18:38] Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıb 15.12.2018 [17:16] İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub Xəbərin mətnində orfoqrafik səhv var SON XƏBƏRLƏR [00:00] DÜNYA Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır 16.12.2018 [23:20] İDMAN Türkiyə Superliqası: “Beşiktaş” komandası “Trabzonspor”la oyunda hesabı son dəqiqələrdə bərabərləşdirməyi bacarıb 16.12.2018 [22:51] DÜNYA Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb 16.12.2018 [22:46] SİYASƏT Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb 16.12.2018 [22:22] İDMAN İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i məğlub edərək liderliyi qoruyub 16.12.2018 [22:11] DÜNYA Əbu-Dabi polisi dəvələrin üstündə patrul xidməti aparacaq 16.12.2018 [21:30] İDMAN Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib 16.12.2018 [21:03] DÜNYA ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb 16.12.2018 [20:15] DÜNYA Qırğızıstanda avtomobil qəzası dörd nəfərin həyatına son qoyub 16.12.2018 [19:48] MƏDƏNİYYƏT Azərbaycan məhsulları beynəlxalq xeyriyyə tədbirində təqdim olunub 16.12.2018 [19:00] İQTİSADİYYAT Azərbaycan və Ukrayna arasında turizmin inkişafı müzakirə edilib 16.12.2018 [18:15] SİYASƏT Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib 16.12.2018 [17:49] DÜNYA İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb 16.12.2018 [17:34] SİYASƏT Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır 16.12.2018 [17:12] DÜNYA Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb 16.12.2018 [16:41] İDMAN “Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib 16.12.2018 [16:09] DÜNYA Yaponiyada mübahisəli adalarla bağlı sorğu keçirilib 16.12.2018 [15:42] SİYASƏT Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib 16.12.2018 [15:18] DÜNYA İndoneziyanın Papua əyalətində 5,9 bal gücündə zəlzələ olub 16.12.2018 [14:52] DÜNYA İraqın şimalında daha 10 terrorçu məhv edilib 16.12.2018 [14:40] CƏMİYYƏT Şirvan şəhəri və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib 16.12.2018 [14:12] CƏMİYYƏT Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [14:07] SİYASƏT Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:59] CƏMİYYƏT Sabahın hava proqnozu açıqlanıb 16.12.2018 [13:30] İDMAN Bu gün Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulacaq 16.12.2018 [13:16] İDMAN Roberto Bordin: Yarımfinala yüksəlmək üçün əlimizdən gələni edəcəyik 16.12.2018 [13:06] DÜNYA Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [13:02] SİYASƏT Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 16.12.2018 [12:00] CƏMİYYƏT Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür 16.12.2018 [10:46] SİYASƏT Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir VİDEO 16.12.2018 [10:09] REGİONLAR Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [09:40] DÜNYA Çində 5,7 bal gücündə zəlzələ olub 16.12.2018 [08:46] DÜNYA Yaponiya Çinin 5G texnologiyalarını ölkəyə buraxmamağa çalışır 16.12.2018 [08:18] MƏDƏNİYYƏT “Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb 16.12.2018 [07:41] İQTİSADİYYAT Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ƏN ÇOX OXUNAN 16.12.2018 [14:12] Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7° enəcək 16.12.2018 [03:40] Bu gün Gürcüstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçiriləcək 16.12.2018 [13:06] Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO 16.12.2018 [10:09] Xaçmazlı arıçı: Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək VİDEO 16.12.2018 [12:00] Fövqəladə Hallar Nazirliyinin yaradılmasından 13 il ötür Prev Next Mo Tu We Th Fr Sa Su 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 MÜSAHİBƏ 16.12.2018 [14:07] Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir 16.12.2018 [13:02] Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır 15.12.2018 [10:30] General-leytenant Rəşad Sadiqov: düşmənlə üz-üzə səngərdə durmaq Azərbaycan sərhədçisi üçün böyük şərəfdir 13.12.2018 [19:07] Ələkbər Mustafayev: “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin reallaşdırdığı layihələr 8 mindən çox gənci əhatə edib ANALİTİKA 15.12.2018 [13:00] Yüz iyirmi ilin qiymətli ekran əsərləri və ya böyük tarixi olan Azərbaycan kinematoqrafiyası 12.12.2018 [12:01] Azərbaycanın özü qədər əbədi LİDER 11.12.2018 [12:27] Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır 08.12.2018 [15:52] Dünyaya sığmayan şairə sığınan dünya BU MARAQLIDIR 15.12.2018 [14:24] Kanada vergi sistemi 11.12.2018 [16:08] İrlandiyada vergi sistemi 08.12.2018 [18:02] Yaponiyada miras qalan evlərə sahiblik etmək istəyən yoxdur 06.12.2018 [15:14] Astronomlar qara dəlikdən qalaktikalara yayılan güclü işıq selini tədqiq edirlər
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info