“Ərzaq təhlükəsizliyi dünyada sülhün, sabitliyin və davamlılığın təmini üçün vacibdir”
Tarix: 16.10.2017 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı dünyada sülhün, sabitliyin və davamlılığın təmin edilməsi üçün vacib amildir.
Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva bu gün ADA Universitetində IDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və FAO-nun birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.Ümumdünya Ərzaq Gününün əhəmiyyətini vurğulayan Leyla Əliyeva bu sahədə mövcud problemlərin münaqişəyə, aclığa və kütləvi miqrasiyaya yol aça biləcəyini qeyd edib.FAO-nun xoşməramlı səfiri deyib ki, miqrasiya məcburi deyil, könüllü seçim olmalıdır və milyonlarla insanın öz yurdlarını tərk etməməsi üçün regionların inkişafına sərmayə qoyulmalıdır.Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin rəhbərlik etdiyi IDEA İctimai Birliyinin fəaliyyətindən, ötən altı ildə görülən işlərdən danışıb, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması və davamlı inkişaf üçün xüsusi əhəmiyyət kəsb edən layihələr barədə məlumat verib.“Miqrasiyanın gələcəyini dəyişək: Ərzaq təhlükəsizliyinə və kənd yerlərinin inkişafına sərmayə qoyaq” şüarı altında təşkil olunan tədbirin məqsədləri miqrasiya və pul köçürmələri axınının istehsala, sosial gərginlik və bərabərliyə təsirləri, həmçinin son nəticədə onların yoxsulluq və ərzaq təhlükəsizliyinə effektləri sahəsində anlaşılmanı yaxşılaşdırmaq, kənd təsərrüfatı sahəsində siyasəti formalaşdıran tərəflərin, tədqiqatçıların habelə maliyyə qurumlarının və donor agentliklərinin ən əlverişli şəkildə miqrasiyanın öhdəsindən gəlmək və pul köçürmələrinin ən səmərəli şəkildə idarə edilməsi üçün üzləşdikləri çağırışları müəyyən etmək, miqrasiyanın gender münasibətlərinə təsirini başa düşmək, kənd yerlərinin kompleks inkişafı və miqrasiya siyasətlərinin hazırlanması və təşviqindən irəli gələn əlavə dəyəri araşdırmaq, miqrasiyanın kənd yerlərinin inkişafına fayda verdiyi yerlərdə ən mütərəqqi təcrübəni müəyyən etmək, müvafiq siyasətləri müzakirə etmək və öyrənilmiş dərsləri və qabaqcıl təcrübələri vurğulamaq, FAO və digər əsas maraqlı tərəflərlə daha geniş əməkdaşlıq məqsədi ilə imkanlarını və istiqamətlərini müəyyən etməkdir.
Tədbirdə “Miqrasiyanın iqtisadi və siyasi tərəfləri: Kənd təsərrüfatına və ərzağa təsirləri” mövzusunda panel müzakirələr aparılacaq, iştirakçıların sualları cavablandırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info