Şimal-Qərb regionunda enerji təchizatının yaxşılaşdırılması kənd təsərrüfatına müsbət təsir edəcək
Tarix: 16.10.2017 | Saat: 16:57:00 | E-mail | Çapa göndər
Şamaxı və İsmayıllıdakı yenidənqurma işləri nəticəsində 30 min istehlakçı fasiləsiz enerji təchizatı ilə təmin edilir

20 oktyabr "Energetiklər günü" münasibətilə "Azərişıq" ASC mediatur təşkil edib. Mediatur Şimal-Qərb regionlarına təşkil olunub ki, burada da jurnalistlər regionlarda görülən işlərlə tanış olublar.
Turun ilk günü “Şimal-Qərb” RETSİ-də qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq olub. İlk olaraq jurnalistlər Qobustan rayonunda görülən işlərlə tanış olublar. Burada bildirilib ki, əhalinin elektrik enerjisi təminatı ilə bağlı problemlər yaşanmır, elektrik enerjisi istehlakçılarının ödəmələrlə bağlı heç bir neqativ hallar yaşanmır. Mediatur Şamaxı rayonunun Sabir qəsəbəsində davam edib. Burada media nümayəndələri qəsəbənin 10/04 kilovoltluq hava xətlərinə, 2 qəsəbə və 8 kəndə xidmət edəcək 35/10 kilovoltluq “Yeni Şamaxı” yarımstansiyasına çəkiləcək iki dövrəli 35 kilovoltluq hava xəttinə və 35/10 kilovoltluq “Meysəri” yarımstansiyasından çıxan iki dövrəli 10 kilovoltluq “Şirvan şərabları” hava xəttinə baxış keçiriblər.
Jurnalistlərə baxış keçirilən sahələr barədə, eləcə də rayonda qışa hazırlıqla bağlı görülən işlər haqında məlumat verilib. Qeyd edilib ki, görülən işlərdən sonra sözügedən ərazilərdə yaşayan əhalinin elektrik enerjisinin təminatı daha da yüksək səviyyədə olacaq.
Şimal-Qərb regional enerji təchizatı və satışı üzrə şöbənin rəisinin istismar üzrə müavini Nüsrət Həmkişiyev bildirib ki, yeni tikilən yarımstansiyadan Qobustan rayonunun enerji təchizatı da təmin edilməlidir:

“Yəni bu xəttin yarımstansiyaya 110/35/10 kv-luq Şamaxı yarımstansiyasından ikidövrəli 35kv-luq yeni xətt çəkilib. Yarımstansiyanın tikilişi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə aparılır. İndiyə qədər bütün bu yarımstansiyadan qidalandırılan yaşayış məntəqələrinin 10 kv-luq və 0,4 kv-luq şəbəkəsi yenidən qurulub. Həmin kəndlərə 10 kv-luq yeni xətlər çəkilib. Şamaxı elektrik şəbəkəsində mərhələli olaraq yenidənqurma işləri aparılır. 10/0,4 kilovoltluq 392 ədəd transformator cari, 34-ü isə əsaslı təmir edilib. 110/35/10 kilovoltluq Şamaxı, habelə Pirqulu, Çarhan, Çuxuryurd, Meysəri yarımstansiyalarından çıxan hava xətlərində 255 ədəd yeni beton və dəmir-beton dayaqlar basdırılmaqla, 12,6 kilometrdə təmir və yenidənqurma işləri aparılıb. 16 qəsəbə və kənddə 12 min 744 kilometr məsafədə ötürməyə davamlı izolyasiyalı naqillər çəkilib. Bu işlər dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinin enerji təchizatının yaxşılaşdırılması üçün şəbəkənin müasir üslubda qurulması istiqamətində verdiyi tapşırıq əsasında görülür”.
Nüsrət Həmkişiyev deyib ki, “Azərişıq” rəhbərliyi ilə tutulmuş proqram əsasında bütün yaşayış məntəqələrinin yenidənqurulması işləri aparılır. Tikinti açıq tender üzərində keçirilir və tenderin qalibi tikintini aparır.
O da bildirilib ki, 2017-ci ilin 9 ayı ərzində Şamaxı rayonu ərazisində 205 abonentə yeni sayğac quraşdırılıb və 1981 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilib. Kənar müdaxilələrin qarşısının alınması və uçot işinin yaxşılaşdırılması üçün Muğanlı, Qaleybuğurd və Mirikənd kəndlərində 204 abonentin uçot sayğac dəsti həyətyanı sahədən çölə çıxarılıb.

“Bu il İsmayıllıda 227 abonentə yeni sayğac quraşdırılıb və 405 zədəli və qüsurlu sayğac yenisi ilə əvəz edilib”
Daha sonra jurnalistlər İsmayıllı rayonuna gəliblər. Burada 35/10 kilovoltluq yeni Basqal yarımstansiyasına, bu xətdən çıxan 2 dövrəli 10 kilovoltluq yeni Basqal xəttinə baxıblar. Burada media nümayəndələrinə yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda İsmayıllı elektrik şəbəkəsi üçün tikilən yeni bina ilə də tanışlıq olub. Qeyd edilib ki,
İsmayıllı rayonu üzrə 9 ay ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün İsmayıllı EŞ-nin balansında olan 10/0,4 kV-luq 48 ədəd transformator cari, 9 ədəd transformator isə əsaslı təmir edilməklə 10/0,4 kV-luq transformator məntəqələrinə 16 ədəd rubilnik (ayrıcı) quraşdırılıb, aşinovka kabelləri dəyişdirilib və digər işlər görülüb. 10 kV-luq elektrik veriliş xətləri üzrə 110/35/10 kV-luq İsmayıllı Y/st-dan çıxan 10 kV-luq Talıstan, Diyallı, Quşencə, Qafqaz h/x-ləri, 35/10 kV-luq Yeni Basqal Y/st-dan çıxan 10 kV-luq Basqal h/x, 35/10 kV-luq İvanovka Y/st-dan çıxan 10 kV-luq Talış, Şərabzavod h/x-lərində 264 ədəd yeni metal və dəmir-beton dayaq basdırmaqla 12,5 km məsafədə təmir və yenidənqurma işləri aparılıb, 12,5 km naqil yenisi ilə əvəz edilib, 15,5 km məsafədə xəttin qoruq zonasında yaşıl budama işləri aparılıb və 620 dayaq arası naqil taramlanıb. 0,4 kV-luq elektrik veriliş xətləri üzrə İsmayıllı rayonunun Tircan kəndində 89 ədəd yeni metal dayaq, 148 ədəd söküntüdən əldə olunmuş istismara yararlı dayaq basdırmaqla 7,8 km məsafədə ÖDİN çəkilib. Rayonun qəsəbə və kəndlərində 0,4 kV-luq elektrik veriliş xətlərində 250 ədəd yeni metal və dəmir-beton dayaq basdırılıb, 12,5 metr məsafədə ÖDİN çəkilib, 6,2 km məsafədə təmir işləri aparılıb və payız-qış mövsümünə hazırlıqla əlaqədar yenidənqurma, təmir-bərpa işləri aparılıb.
2017-ci ilin 9 ayı ərzində İsmayıllı rayonu ərazisində 227 abonentə yeni sayğac quraşdırılmış və 405 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilmişdir.
Kənar müdaxilələrin qarşısının alınması və uçot işinin yaxşılaşdırılması üçün Gəraybəyli, Xəlilli, Külüllü, Aşıqbayram, Kürdmaşı, Basqal, Cülyan və İvanovka kəndlərində 402 abonentin uçot sayğac dəsti həyətyanı sahədən çölə çıxarılıb.
Oğuz rayonunda da görülən işlərlə tanış olan media nümayəndələrinə bildirilib ki, bu il rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması istiqamətində 35/10 kV-luq Oğuz Y/st-da 2 ədəd 10 MVA gücündə transfarmator quraşdırmaqla yeni müasir tipli yarımstansiya tikintisi başa çatmaq üzrədir. Oğuz EŞ-nin balansında olan 10/0,4 kV-luq 36 ədəd transformator cari, 13 ədəd transformator isə əsaslı təmir edilməklə 10/0,4 kV-luq transformator məntəqələrinə 10 ədəd rubilnik (ayrıcı) quraşdırılıb, çıxış kabelləri dəyişdirilib, 82 ədəd yeni müasir tipli KTM məntəqəsi quraşdırılıb. 110/35/10 kV-luq Oğuz Y/st-dan 35/10 kV-luq Oğuz Y/st-dək 3,7 km məsafəd yeni 2 dövrəli 35 kV-luq elektirik veriliş hava xətti çəkilib.
9 ayda Oğuz rayonu ərazisində 111 abonentə yeni sayğac quraşdırılıb və 1236 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilib. Həmçinin Oğuz EŞ-nin yeni inzibati binası da tikilib istifadəyə verilib.
Sonda jurnalistlər Şəkidə görülən işlərlə tanış olublar. Qeyd edilib ki, Şəki rayonu üzrə 9 ayı ərzində elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün Şəki EŞ-nin balansında olan 97 ədəd transformator cari, 26 ədəd transformator isə əsaslı təmir edilməklə 6/10/0,4 kV-luq transformator məntəqələrinə 16 ədəd rubilnik (ayrıcı) quraşdırılmış, aşinovka kabelləri dəyişdirilib.
Rayon üzrə sözügedən sahəyə aid ərazilərdə bir sıra yenidənqurma işləri aparılıb, 290 ədəd yeni metal və dəmir-beton dayaq basdırmaqla 18,4 km məsafədə təmir və yenidənqurma işləri görülüb, 22,7 km naqil yenisi ilə əvəz edilmiş, 55,85 km məsafədə xəttin qoruq zonasında yaşıl budama işləri aparılıb və 797 dayaq arası naqil taramlanıb.
9 ayı ərzində Şəki rayonu ərazisində 389 abonentə yeni sayğac quraşdırılmış və 2270 ədəd zədəli və qüsurlu sayğac yeni sayğacla əvəz edilmişdir. Kənar müdaxilələrin qarşısının alınması və uçot işinin yaxşılaşdırılması üçün rayonun Baş Göynük, Kiçik Dəhnə, Köndələn, Bolludərə, Sarıca, Qayabaşı və Qaratorpaq kəndlərində 1045 abonentin uçot sayğac dəsti həyətyanı sahədən çölə çıxarılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bu, onların regiona təşkil etdikləri ilk infoturdur: “Lakin düşünürük ki, hər ay bu kimi turları təşkil edək. Məqsədimiz “Azərişıq” ASC-nin yarandığı gündən gördüyü işlər barəsində ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda qarşıdan qış fəsli gəlir və bu fəsilə hazırlığın hansı səviyyədə aparıldığını da media nümayəndələrinə real şəkildə göstəririk. Bu, bizim üçün xoşdur. Şamaxı və İsmayıllı rayonlarında görülən işlər nəticəsində 30 minə yaxın istehlakçı tam fasiləsiz enerji təchizatı ilə təmin edilir”.

Qeyd edək ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsində də sayğaclaşma, naqillərin yenilənməsi işləri ilə əyani tanış olduq, rayonlarda söhbət etdiyimiz sakinlər də görülən işlərdən razılıqlarını bildirdilər. Xüsusilə də Sabir qəsəbəsinin sakinləri söylədilər ki, qəsəbədə əvvəllər demək olar hər gün işıqlar müəyyən nasazlıqlar səbəbindən sönürdü: “Hazırda rayonlarda aparılan yenidənqurma işlərini gözümüzlə görürük və buna çox sevinirik ki, bizim də işığımız tez-tez sönməyəcək”. Görülən işlər eyni zamanda kənd təsərrüfatı sahəsinə də müsbət təsir edəcək. Belə ki, Şamaxı rayonu ərazisində yeni salınmış üzüm bağlarının ətrafında da xüsusi elektrik naqilləri çəkilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Vergilər naziri vətəndaşları qəbul edəcək
20.11.2017
“BTQ dəmir yolu Bakı Limanının əhəmiyyətini daha da artırır”
20.11.2017
Türkmənistan və Əfqanıstan yükləri Azərbaycan vasitəsilə Avropaya daşınacaq
20.11.2017
“Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır”
20.11.2017
Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 600 mln. dolları ötüb

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info