“Dünyanın ən yaxşı baş məşqçisinin yerinə gəlirəm”
Tarix: 11.05.2013 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


“Mançester Yunayted”in yeni baş məşqçisi David Moyes klubu ilə müqavilə bağladıqdan sonra mətbuata açıqlama verib.
Şotlandiyalı mütəxəssis bu vəzifənin ona tapşırılmasından qürur hissi keçirdiyini deyib: "Ferqyussonun mənim haqqımda xoş sözlər deməsinə də çox sevindim. Ona böyük hörmətim var. Onun bu komandaya etdikləri göz qabağındadır. Burada işim heç də asan olmayacaq. Çünki dünyanın ən yaxşı baş məşqçisinin yerinə gəlirəm". Qeyd edək ki, mövsümün sonunda karyerasını başa vuracaq "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyusson yeni mövsümdən onu əvəzləyəcək David Moyes haqqında xoş sözlər deyib. Təcrübəli mütəxəssis həmyerlisinin vəzifəsini ən yaxşı şəkildə yerinə yetirəcəyini deyib: "Moyesin gənc vaxtlarında "Everton"u çalışdırdığı günləri xatırlayıram. O, hazırkı klubunda inanılmaz işlərə imza atdı. Onun peşəkarlığına güvənirəm. "Mançester Yunayted" üçün ən yaxşısını edəcəyinə inanıram. Bundan kimsənin şübhəsi olmasın". Qeyd edək ki, Moyes "Qırmızı şeytanlar"la 6 illik müqavilə imzalayıb Devid Moyes “Mançester Yunayted”ə “Everton”dan futbolçu gətirmək niyyətindədir. Şotlandiyalı çalışdırıcı Liverpul təmsilçisindən sol cinah müdafiəçisi Leyton Beynsi transfer etməyi düşünür. “Daily Mirror” iddia edir ki, İngiltərə millisinin 28 yaşlı üzvünün keçidi 15 milyon funt-sterlinq dəyərində olacaq. Bundan başqa, Moyes hazırkı çempionların məşqçi qərargahına “Everton”un müdafiəçisi və kapitanı Fil Nevilli dəvət edə bilər. Həmçinin 50 yaşlı mütəxəssisin potensial köməkçilərinin arasında “qırmızı şeytanlar”ın veteran yarımmüdafiəçiləri Pol Skoulzla Rayan Qiqqzin də olması gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
“Yuventus“ İquainlə yolları ayırdı
18.09.2020
“Qarabağ”ın Avropa Liqasında mümkün rəqibləri bəlli olub
17.09.2020
“Neftçi“ “Qalatasaray“a uduzub mübarizəni dayandırdı-VİDEO
17.09.2020
ÇL-də ən yaxşı oyunçu adına namizədlər
17.09.2020
Messidən iki gözəl qol - VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info