Doğru yola istiqamətlənin
Tarix: 11.05.2013 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


|

Bütün mənalı ömrünü xalqına xidmətə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin çıxışlarından birində söylədiyi nitqindəki bu sözlər hafizəmdə həmişəlik iz salıb.
Ulu öndərimiz demişdi: "Mən vaxtilə əkdiyim toxumların indi bəhrəsini görürəm. Amma mən o toxumları təkcə əkməklə kifayətlənməmişəm, onları həm də bəsləmişəm". Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu dövr ərzində bir neçə gənc azərbaycanlı nəslinə kamil həyat vəsiqəsi verib. Onların təhsilindən tutmuş, bütün sosial qayğılarına həssas yanaşmış, cəmiyyətdə layiqli yer tutmaları, öz bilik və bacarıqlarından maksimum istifadə etmələri, Vətənə layiqli vətəndaş kimi yetişmələri, ölkənin tərəqqisi naminə çalışa bilmələri üçün əlindən gələni əsirgəməyib. Hadisələrin gedişi göstərdi ki, ümummilli liderimizin uzaqgörən siyasəti özünü doğrultdu. Öz Vətənini parçalamaq təhlükəsindən xilas etmək kimi ağır və məsuliyyətli bir işin altına çiyin verən və bu missiyanın öhdəsindən layiqincə gələn ulu öndərimiz öz tükənməz enerjisi ilə həm yaşlı nəslin nümayəndələrinə, həm də cavanlara nümunə göstərdi. Elə bu xüsusiyyət, deyərdim ki, ulu öndərin yürütmüş olduğu dövlət gənclər siyasətinin mühüm, bəlkə hamı tərəfindən müşahidə olunmayan tərkib hissələrindən biri olub.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda Prezident tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin verdiyi səmərə barədə indiyədək çox deyilib, çox yazılıb. Azərbaycan gəncliyinin həm hüquqi, həm maddi təminat sahəsində dəstəklənməsinə yönəldilmiş tədbirlər, verilmiş qərarlar kütləvi informasiya vasitələrində işıqlandırılıb.
Amma uzaqgörən siyasətçinin gəncliyi mənəvi cəhətdən stimullaşdırmağa xidmət edən bir mühüm addımı da 2003-cü ildə gənc və enerjili, özü qədər inandığı İlham Əliyevi xalqa, xalqı isə ona əmanət etməsi oldu. Bundan sonra xalqın gözləri önündə sanki hər şey cavanlaşdı. Yeni yaşayış massivləri salındı, sosial obyektlər tikildi, körpülər və yollar, parklar və yaşıllıqlar inşa olundu. Bütün dünya gənc müstəqil respublikamızın imza atdığı uğurlardan danışmağa başladı, qonaqlarımızın da sayı artdı. Bütün bunlar və sadalamadığım digər müsbət meyillər belə nəticə çıxarmağa əsas verir ki, dahi strateq Heydər Əliyev Azərbaycanı işıqlı sabaha daşımaq vəzifəsini ən doğru seçim edərək, xalqın etimadına ən layiqli namizəd olan İlham Əliyevə həvalə etməklə xalqın gələcəyə olan ümidlərini, nikbinliyini artırdı. Yeri gəlmişkən, indiyədək heç bir sosioloji tədqiqat predmeti olmayan bir müşahidəmi də vurğulamaq istəyirəm ki, uğurlu gənclər siyasəti onların valideynlərinə də müsbət mənada sirayət edir. Təsəvvür edin, öz övladının gələcəyi barədə düşünən valideyn dövlətin öz gənc vətəndaşları barədə qayğılandığını görüncə rahatlıq tapır, daha loyal olur, üzərinə daha az qayğı götürür.
Gəncləşmə tendensiyası ümummilli lider Heydər Əliyevin yaratmış olduğu, Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasında da müşahidə olunur. Sıralarında addımlamaqdan məmnunluq duyduğum bu təşkilatın cərgələri son illər gənclər hesabına genişlənir. Burada nisbət gənclərin xeyrinə əvəzlənmə hesabına deyil, artım hesabına dəyişir. İbrətamizdir ki, YAP-ın sıralarında yaşlı və gənc nəslin anlaşma müstəvisində heç bir problem yoxdur. Yaşlılar öz təcrübələrini gənc əqidədaşları ilə həvəslə bölüşür, gənclər də bunu qiymətli miras kimi qəbul edirlər. YAP üzvü olan gənclər bütün Azərbaycan gəncliyinin bəxtiyarlığında maraqlıdırlar. Təki gənclər biri-birilərinə yaxınlaşsınlar, hamısı doğru yola istiqamət alsınlar. Doğru və işıqlı sabaha aparan yolun məhz hansı olduğunu isə müdrik Azərbaycan xalqı çoxdan müəyyənləşdirib. Ümumiyyətlə, Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davam etməsi sosial sifarişdir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info