Avropada separatizm dalğası: Konvey Ayland Britaniyadan müstəqillik tələb edir
Tarix: 17.10.2017 | Saat: 19:45:00 | E-mail | Çapa göndər
Kataloniyada baş qaldıran və müəyyən güclər tərəfindən dəstəklənən separatizm elə qitənin özü üçün yeni problemlər yaratmağa başlayıb

Beynəlxalq qurumlar separatizm dalğasına qarşı açıq mübarizə aparmasalar, nəticə çox ağır olacaq. Müəyyən güclərin dövlətləri ayrı-ayrı hissələrə bölərək həmin əraziləri və orada yerləşən sərvətləri daha rahat şəkildə idarə etməyi hədəfləyir.
Kataloniyada baş qaldıran separatizm dalğasının qarşısı alınmalıdır. Yoxsa separatizm dalğası bütün Avropanı cənginə ala bilər. Bu baxımdan İspaniya hökumətinin separatçılara qarşı addımları dövlətin bütövlüyünü qorumaq baxımından vacibdir. Məsələ ondadır ki, Avropada separatizmə meyilli ocaqlar var və müəyyən qruplar bu məsələdən istifadə edə bilərlər. Bu isə dövlətlərin ərazi bütövlüyü məsələsini təhdid edir. Kataloniyanın müstəqilliklə bağlı keçirdiyi referendumun arxasında müəyyən qlobal güclərin dayanması heç kimdə şübhə doğurmur. Avropa İttifaqının bu məsələyə loyal münasibət ortaya qoyması, tərəfləri dialoqa səsləməsi də şübhəli məqamlardan xəbər verir. Avropada bəzi siyasilərin katalonlara açıq dəstək ifadə etməsi də separatizm dalğasının gələcəkdə ağır fəsadlar törədə biləcəyinə işarədir. Çünki separatizm və buna dəstək dövlətlərin ərazi bütövlüyü məsələsini açıq təhdid yaradır. Postsovet ölkələri üçün bu problem çox aktualdır. Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna separatizmdən əziyyət çəkir. Beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasına baxmayaraq, bu normaları qorumalı olan beynəlxalq qurumlar öz öhdəliklərinə əməl etmirlər. Beynəlxalq qurumlar separatizm dalğasına qarşı açıq mübarizə aparmasalar, nəticə çox ağır olacaq. Müəyyən güclərin dövlətləri ayrı-ayrı hissələrə bölərək həmin əraziləri və orada yerləşən sərvətləri daha rahat şəkildə idarə etməyi hədəfləyir. Kataloniyada başlayan separatizm dalğası domino daşı effekti verməyə başlayıb. Belə ki, Konvey Aylandın britaniyalı icması krallıqdan müstəqillik qazanmaq uğrunda mübarizəyə başladığını elan edib. Cəmi 38 min nəfərin yaşadığı Ayland sakinləri hesab edirlər ki, onlar rəsmi London hökuməti olmadan da özləri haqqında müstəqil qərarlar verə bilərlər. Aylandın İcma Şurasının 15 müstəqil üzvündən biri olan Deyv Blekvel yerli mətbuata müsahibəsində bunları bildirib: “Bizim üçün müstəqilliklə bağlı mübarizəyə başlamağın vaxtı çatıb. Artıq kiminsə əmrlərini yerinə yetirməkdən yorulmuşuq. Konvey Ayland öz taleyinin idarə olunmasını Kataloniyada olduğu kimi öz üzərinə götürməlidir. İcmamız öz taleyini müstəqil şəkildə özü müəyyən etməlidir”. Qeyd edilir ki, icma artıq bir neçə dəfə bu məsələnin açıq müzakirəsini keçirib. Müzakirələr nəticəsində petisiya hazırlanmasına qərar verilib. Həmin petisiya Konvey Aylandın müstəqilliyi məsələsi ilə məşğul olacaq xüsusi komissiyaya təqdim ediləcək. Göründüyü kimi, Kataloniyada baş qaldıran və müəyyən güclər tərəfindən dəstəklənən separatizm elə qitənin özü üçün yeni problemlər yaradacaq. Burada başqa bir məqama da diqqət çəkmək yerinə düşər. Məlum olduğu kimi, İraq və Suriya terror təşkilatlarının yuvasına çevrilib. Dünya gücləri həmin ərazilərdə məhz terror təşkilatlarının əli ilə bir-birinə qarşı mübarizə aparırlar. Son iki gün ərzində İraq hökuməti ölkənin şimalında müəyyən əməliyyatlar həyata keçirir. Artıq mübahisəli Kərkük şəhərinə nəzarəti mərkəzi hakimiyyət ələ keçirib. AZƏRTAC Almaniya mətbuatının bu əməliyyatlara dair mövqeyini təqdim etməklə bəzi maraqlı nüanslara toxunub. Məlum olub ki, Almaniya KİV-ləri Kərkük əyalətinin və onun inzibati mərkəzinin İraqın hökumət qüvvələri tərəfindən separatçılardan azad edilməsini rəğbət hissi ilə xəbər verirlər. İraqın hökumət qüvvələri Kərkük əyaləti qubernatorunun eyniadlı şəhərin mərkəzində yerləşən iqamətgahına və inzibati binaya nəzarəti öz üzərlərinə götürməklə, bu regionda İraq Konstitusiyasının qüvvəsini bərpa ediblər. Hərbçilər binanın üzərindən İKRH-nin bayrağını çıxarıb, əvəzinə İraq bayrağını sancıblar. Ordu Kərkük əyalətinə daxil olub, mühüm infrastruktur obyektlərini, o cümlədən hərbi aerodromu və neft yataqlarını nəzarətə götürüblər. İraq ordusu şəhərə daxil olandan sonra silahlı dəstələr təşvişə düşərək, demək olar ki, müqavimət göstərmədən dərhal geri çəkilməyə başlayıblar. Onlarla birgə minlərlə sakin Kərkükü tərk edib. Baş verən hadisələri izləyən AFP müxbirinin sözlərinə görə kürdlərin əksəriyyəti Ərbil və Süleymaniyyə şəhərlərinə tərəf üz tutublar. Bu hadisələrdən əvvəl İraqın baş naziri Heydər əl-Abadi həm Bağdadın, həm də İKRH-nin nəzarət etmək iddiasında olduğu ərazilərdə bütün bayraqların çıxarılmasını və yalnız İraq bayraqlarının saxlanmasını əmr edib. İraq Kürdüstanının tərkibinə daxil olmayan Kərkük əyaləti Bağdaddakı mərkəzi hökumət ilə kürd muxtariyyəti arasında mübahisəli ərazilərdən biridir. “İŞİD” döyüşçüləri qovulandan sonra bu regionun böyük hissəsini nəzarətə götürmüş peşmərgə qüvvələri əyalətdə tez-tez etnik təmizləmə aparırlar. Bağdaddakı mərkəzi hökumət referendumun nəticələrinin ləğv olunmasını tələb edirdi. İraq ordusunun əməliyyatı İraq KRH rəhbərliyinin həmin tələbi yerinə yetirməkdən imtina etməsinə cavab idi. Almaniya KİV-ləri son hadisələr barədə müəyyən dərəcədə təmkinlə və hətta rəğbətlə yazırlar. Maraqlıdır, görəsən, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin işğal edilmiş torpaqlarında konstitusion qaydanı bərpa etmək üçün buna oxşar bir əməliyyat həyata keçirsəydi, Berlinin reaksiyası necə olardı? Bəlkə, yenə də Qərbin ikili standartları özünü göstərəcəkdi? Qərbin separatizm və ərazi bütövlüyü məsələsinə ikili standartla yanaşması sonda öz başlarında çatlayacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
03.11.2017
«Tert.am»: ”Miqrasiya ermənilərin dövlətə qarşı etirazının bir formasıdır”
31.10.2017
Əliyev-Putin-Ruhani görüşü: Azərbaycan beynəlxalq səviyyəli tranzit mərkəzə çevrilir
24.10.2017
Vardan Bostanjyan:”Ermənistana 1 milyard dollardan artıq sərmayə yatırıldığı barədə hökumətin məlumatı yalandır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info