ƏƏSMN Aparatının kollektivi Məhluqə Sadıqovanın yubiley tədbirində iştirak edib
Tarix: 18.10.2017 | Saat: 12:15:00 | E-mail | Çapa göndər
Görkəmli aktrisanın xatirəsinə həsr olunmuş “Almaz” tamaşası sənətsevərlər tərəfindən maraqla qarşılanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının əməkdaşlarının asudə vaxtlarında ayrı-ayrı mədəni tədbirlərdə kollektiv iştirakı artıq nəcib bir ənənəyə çevrilib. Kollektiv bu dəfə Prezident İlham Əliyevin 19 iyul 2017-ci il tarixli Sərəncamına əsasən, görkəmli sənətkar, respublikanın xalq artisti Məhluqə Sadıqovanın anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən yubiley tədbirində iştirak edib.
Məhluqə Sadıqova deyəndə, ilk növbədə göz önündə onun yarım əsrdən artıq dövr ərzində Azərbaycan milli kinosunda və teatr səhnəsində yaratdığı yaddaqalan obrazlar qalereyası canlanır. Bu obrazların hər biri Məhluqə Sadıqovanın təkrarsız səmimiyyətindən, zəngin daxili aləmindən, daim nurlu simasındakı işıqdan, unudulmaz məlahətə malik səsindən yoğrulub və Azərbaycan tamaşaçısı üçün doğmalaşaraq qəlbində əbədi yer tutub. O, eyni zamanda, uzun illər Azərbaycan radiosunun qızıl fondunun qiymətli nümunələrindən olan, yaddaşımızda silinməz izlər buraxan “Bulaq” verilişinin aparıcılarından biri olub. 
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Teatr Muzeyinin birgə təşkil etdiyi tədbirdə Məhluqə Sadıqovanın həyat və yaradıcılığına həsr olunan sərgi və videoçarx nümayiş etdirilib. Onun bir sənətkar kimi Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən, eyni zamanda bir Azərbaycan qadını kimi yüksək mənəvi xüsusiyyətlərindən bəhs olunub. Tədbir Məhluqə Sadıqovanın xatirəsinə həsr olunan “Almaz” tamaşasının nümayişi ilə davam edib.
Əli Əmirlinin yeni səhnə redaksiyasında təqdim olunan, Nizami Cəfərovun elmi məsləhətçisi, Azər Paşa Nemətovun müəllifi, Anar Sadıqovun və Əlif Cahangirlinin rejissorları olduqları tamaşada Məsmə Aslanqızının (Almaz), Nürəddin Mehdixanlının (Hacı Əhməd), Sabir Məmmədovun (Şərif), Kazım Abdullayevin (İbad), Aslan Şirinin (Barat) və digərlərinin ifaları maraqla qarşılanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Məcburi köçkün ailəsinə veriləcək mənzillərin püşkatması keçirilib
24.11.2017
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada növbəti xeyriyyə aksiyası keçirilib
24.11.2017
“Əlilliyi olan şəxslərə başqa bir qrup kimi baxılması düzgün deyil
24.11.2017
“Bakcell”in dəstəyi ilə futzal turniri təşkil edilib
24.11.2017
Ölkədə 2 milyon 600 yüz min uşaq var

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info