Buraxılış imtahanları olan binalar yoxlanılacaq
Tarix: 11.05.2013 | Saat: 01:24:00 | E-mail | Çapa göndər


"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan binalara baxış keçirəcəklər".
Bunu TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, artıq bu il keçiriləcək buraxılış imtahanlarının qrafiki müəyyən olunub. İmtahanların keçirilmə tarixləri TQDK-nın rəsmi saytında yerləşdirilib. İlk buraxılış imtahanı iyunun 2-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda olacaq. Komissiya rəsmisi deyib ki, buraxılış imtahanına hazırlıq işlərinin aparılması intensiv şəkildə davam etdirilir. Bu hazırlıq işləri sırasına təşkilati işlər də daxildir. E.Nağızadənin sözlərinə görə, TQDK-nın müvafiq struktur bölməsinin əməkdaşları buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan binalara növbəti baxış keçirəcəklər. Həmin binaların imtahana hazırlıq səviyyələri yoxlanacaq, onların tutumu bir daha dəqiqləşdiriləcək və otaqlardakı şərait müəyyənləşdiriləcək. Növbəti həftədən etibarən bu siyahılar üzrə bazada dəqiqləşdirmələr yekunlaşacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Naxçıvan Ali Məclisinin Sədri yanında KİVDF yaradılıb - FƏRMAN
19.09.2019
Daxili İşlər naziri gənc zabitləri təbrik edib
19.09.2019
Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib
19.09.2019
Ramil Usubovdan Təhlükəsizlik Şurasında ilk dəyişiklik - Yeni təyinat
19.09.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info