“Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır”
Tarix: 18.10.2017 | Saat: 12:44:00 | E-mail | Çapa göndər
Azərbaycan hüquqi dövlət yolunda inamla irəliləyir, inkişaf edir, dövlətçilik möhkəmlənir və idarəetmə sistemində daim uğurlu islahatlar aparılır.
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə verdiyi sərəncamlarla sonuncu Konstitusiya dəyişikliklərinə uyğun olaraq idarəetmə sistemində, ali icra hakimiyyəti oqranında islahatlar başlayıb:
“Əvvəla vitse-prezidentlik institutu yaradıldı, birinci vitse-prezident təyin oldu və birinci vitse-prezidentin aparatı, iş strukturu formalaşdırıldı və uğurla da fəaliyyət göstərir. Prezidentin növbəti sərəncamı ilə Nazirlər Kabinetində struktur dəyişiklikləri aparıldı, Nazirlər Kabinetinin daha çevik, daha səmərəli və funksional olması üçün çox mühüm tədbirlər həyata keçirildi və bunun da məqsədi idarəetmədə çevikliyi artırmaq, insanlara daha yaxın olmaq, bürokratiyanı aradan qaldırmaq və daha səmərəli və optimal, müasir idarəetmə sistemi qurmaqdır”.
Deputat hesab edir ki, bu struktur islahatları davam edəcək: “Yəqin ki, bu islahatlar yerli icra hakimiyyəti orqanlarında da davam edəcək, məhkəmə-hüquq sistemində də çox uğurlu islahatlar aparılır, bələdiyyələrin iş sistemində çevikliyin və operativliyin aparılması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilir. Bütün bunlar hamısı dövlətçiliyimizin uğurudur, dövlətimizin idarəedilməsində insanlara daha yaxın olmaq təşəbbüsüdür və Prezident İlham Əliyevin rəhbərliyi altında bu islahatlar uğurla davam edir və bundan sonra da davam edəcək”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
Merkeli xanım siyasətçi əvəz edəcək
21.02.2018
Rene Van der Linden:” Kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatım var”
21.02.2018
“ATƏT nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var“
21.02.2018
“Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik“
20.02.2018
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tezliklə həllini tapması vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8455

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info