“Bakının inkişafına tətbiq olunan təcrübəni Kiyevdə istifadə etmək istəyirik”
Tarix: 18.10.2017 | Saat: 13:11:00 | E-mail | Çapa göndər
Kiyev mənzil fondunun modernləşdirilməsində maraqlıdır. Xüsusilə “Xruşşov” layihəli binaların sakinlərinin yeni binalara köçürülməsi proqramının tətbiqini istəyirik.
AZƏRTAC xəbər verir ki, bunu Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukrayna bazarında işləmək istəyən Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.
Kiyev meri qeyd edib ki, Ukrayna yolların bərpası və müasir infrastrukturun tikintisi baxımından ən yaxşı təcrübəni qəbul etməyə hazırdır. “Ukrayna və Azərbaycan arasında yaxşı dostluq münasibətləri var. Biz Azərbaycanı strateji tərəfdaş hesab edirik. Azərbaycanın Ukraynada, xüsusilə Kiyevdə böyük diasporu var. Sizin şirkətlər artıq paytaxtda yol tikintisi sahəsində çalışırlar. Biz tərəfdaşlığımızı daha səmərəli və qarşılıqlı faydalı hala gətirməliyik”, - deyə Kiyevin meri bildirib.
Bakının sürətlə inkişaf etdiyini diqqətə çatdıran V.Kliçko deyib: “Biz bu təcrübədən şəhərimizi daha yaxşı və daha rahat etmək üçün istifadə etmək istəyirik”.
Səfir A.Xudiyev bildirib ki, çoxlu sayda Azərbaycan şirkəti Kiyevdə müxtəlif sahələrdə işləməyə hazırdır. Xüsusilə onlar mənzil və sənaye tikintisi, şəhər kommunikasiyalarının modernləşdirilməsi, kanalizasiya, işıqlandırma, şəhər mühitinin yaxşılaşdırılması və s. ilə məşğul olan müəssisələrdir.
Səfirin sözlərinə görə, Azərbaycan şirkətlərinin Kiyevdə layihələrə maliyyə yatırımını artırması üçün birgə əməkdaşlığın gücləndirilməsi zəruridir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
İtaliya portalı:” Azərbaycanda sürətli inkişaf baş verir”
24.11.2017
Qahirədə multikulturalizmin Azərbaycan modelindən danışılıb
24.11.2017
Hüseyn Hanzadi: “Xəzər sülh və dostluq dənizi olaraq qalacaq”
22.11.2017
“Beynəlxalq təşkilatlar işğalçılığa, separatizmə qarşı effektli mübarizə aparmalıdırlar”
21.11.2017
Türkiyə NATO ilə əlaqələri kəsməyi planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info