Rusiyada 100 nəfəri zəhərləyərək öldürən erməni həbs edilib
Tarix: 18.10.2017 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Moskvada müştəriləri  zəhərləməkdə ittiham olunan taksi sürücüsü saxlanılıb. 
Rusiya mətbuatının verdiyi məlumata görə, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
KİV-in yazdığına görə, milliyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan 100 nəfərin ölümündə günahkar sayılır. Onların arasında tanınmış aparıcı Artur Bitov da var. Rusiya saytları onu da yazırlar ki, ola bilsin meqapolisdə erməni manyakın qurbanlarının sayı daha çoxdur. Çünki Karapetyanın zəhərlədiyi insanalrın bir qismi itkin kimi axtarışda olan şəxslər də ola bilər.
İstintaq müəyyən edib ki, V. Karapetyan 2015-ci ildən fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olub. O, müxtəlif səbəblərlə müştərilərinə içinə psixotrop maddələr qatdığı mineral su təklif edirmiş. Müştərilər zəhərləndikdən sonra taksi sürücüsü onların bahalı əşyalarını götürürmüş.
Müstəntiqlər həmin şəxsin yaşadığı mənzildə axtarış aparıblar. Oradan 30-a yaxın mobil telefon, 100-dən çox qol saatı, eləcə də güclü təsirə malik psixotrop preparatlar aşkarlanıb. Həmçinin ehtimal edilir ki, manyka qarət etdiyi qurbanlarının bahalı əşyalarının bir qismini-qızıl-zinət əşyaları və s. qara bazarda satıb. Bu istiqamətdə də müvafiq araşdırmalar aparılır. O da bildirilib ki, hazırda polis yarım ildə Moskva ərazisində manyakın qurbanları üçün istifadə etdiyi psixotrop maddələrlə zəhərlənib ölənlərin meyidləri üzərində yenidən araşdırmalara başlayıb. Eyni növ zəhərlənmə ilə ölən şəxslərin məhz onun avtomobilindən istifadə edib etmədiyi də araşdırılır. Rusiya saytları həmçinin moskvalıları ehtiyatlı olmağa çağırır. Bildirilir ki, bundan sonra sürücülərin təklif etdikləri istənilən qidadan imtina etsinlər. Əks təqdirdə oxşar halla rastlaşa bilərlər. Qeyd edək ki, saxlanılan erməni günahını etiraf edib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Paşinyan hakimiyyəti iqtisadi proqramları həyata keçirməkdə acizdir”
14.12.2018
Lukaşenko Minsk qrupunun fəaliyyətini sərt tənqid edib
14.12.2018
Budapeştdə də etiraz aksiyası başlayıb
14.12.2018
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
14.12.2018
Rusiya səfirliyi Ermənistanda baş vermiş insidenti siyasiləşdirməyin əleyhinədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info