Beynəlxalq qida sənayesi sərgisi
Tarix: 11.05.2013 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Mayın 22-24-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XIX Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi («WorldFood Azerbaijan-2013») keçiriləcək.
“Iteca Caspian” şirkətindən verilən məlumata görə, 3 gün davam edəcək sərgi çərçivəsində VII Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Sərgisi («Agrihort Azerbaijan-2013») və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgisi keçiriləcək. «WorldFood Azerbaijan-2013» çərçivəsində ət və quş əti, balıq və dəniz məhsulları, süd məhsulları, dondurma, yağ-piy məhsulları, spirtli və spirtsiz içkilər, qənnadı və çörək-bulka məmulatları, çay və qəhvə, meyvə, tərəvəz, uşaqlar üçün və pəhriz qida məhsulları, tütün məmulatları, ət və balıq emalı üçün avadanlıqlar, konservləşdirmə, çörəkbişirmə, süd və qənnadı sənayesi üçün, qablara tökmə üçün və bir sıra digər avadanlıqlar nümayiş olunacaq. Eyni zamanda, sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixana avadanlıqları, suvarma sistemləri, toxumlar, gübrələr və s. bu kimi məhsullar nümayiş etdiriləcək. Sərgi pavilyonun qarşısındakı açıq meydançada isə ziyarətçilərin diqqətinə kənd təsərrüfatı texnikası təqdim olunacaq. Tədbir Azərbaycan, Ukrayna, Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya və Hollandiyadan olan kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirəcək. Qeyd edək ki, sərgi Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirlikləri, Azərbaycan Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) rəsmi dəstəyi ilə keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 2 dəfədən çox artıb
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info