Vergi orqanlarının büdcədənkənar fonduna 62 mln. manat daxil olub
Tarix: 18.10.2017 | Saat: 17:00:00 | E-mail | Çapa göndər
Vergilər Nazirliyi vergi orqanlarının büdcədənkənar fonduna ayrılmış və xərclənmiş vəsaitin həcmini açıqlayıb.
 
Qurumun saytında dərc olunan "Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan və həmin orqanların tabeliyində yaradılan fondların vəsaitindən istifadə haqqında hesabatın dərc edilməsi barədə Forma"da bildirilir ki, 1 oktyabr 2017-ci il tarixinə fondun vəsaitlərinin miqdarı 62 mln. 229,99 min manat təşkil edib. 2016-cı ilin yanvarın 1-nə bu rəqəm 57,86 mln. manat olub.
 
Cari ilin yanvar-sentyabr ayları ərzində fonda daxil olan vəsaitdən 59 mln. 552,392 min manat xərclənib. Nəticədə hesabat dövrünün sonuna fondda qalıq 2 mln. 677,598 min manat təşkil edib.

Xərclərə nəzər saldıqda məlum olur ki, 2 mln. 18,067 min manat ştatda olan işçilərin əmək haqqına, 1 mln. 690,757 min manat ştatdankənar işçilərin əmək haqqına, 28 mln. 866,388 min manat əməyin ödənişi ilə bağlı sair pul ödənişlərinə, 7 mln. 37,916 min manat Dövlət Sosial Müdafiə Fonduna ayırmalara və s. xərclərə yönəlib.

Hesabat dövrünün sonuna qalan qalıqdan dövlət büdcəsinə ödəniş edilməyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Vergilər naziri vətəndaşları qəbul edəcək
20.11.2017
“BTQ dəmir yolu Bakı Limanının əhəmiyyətini daha da artırır”
20.11.2017
Türkmənistan və Əfqanıstan yükləri Azərbaycan vasitəsilə Avropaya daşınacaq
20.11.2017
“Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır”
20.11.2017
Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 600 mln. dolları ötüb

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info