“Xor” layihəsinin təqdimatı keçirilib
Tarix: 11.05.2013 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Bakıda "ÜNS" teatrının yaradıcı səhnəsində müxtəlif incəsənət nümayəndələrini bir araya yığmaq məqsədi güdən, təcrübi xarakterli "İndi" layihəsi çərçivəsində növbəti art-gecə keçirilib.
Tədbirdə "YARAT!" təşkilatının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. YARAT! Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan "İndi" layihəsi artıq beynəlxalq statusa malikdir. Bu dəfə isə gənc misirli musiqiçi və rəssam Salam Yusrinin işini və onun "Xor" adlı layihəsini təqdim edib. Müəllif bir həftə ərzində bir-birini yalnız bu ilin mayın 2-də tanıyan insanlardan ibarət möhtəşəm bir kollektiv yaradıb.
Layihənin unikallığı ondadır ki, burada hər hansı musiqi alətində ifa etməyi bacaran, yaxud da ümumiyyətlə, musiqi və vokal bacarığına malik olmayan istənilən yaşda şəxslər və peşə nümayəndələri iştirak edə bilərdilər. Məşğul olduğunuz işdən asılı olmayaraq "Xor" iştirakçılara özlərini kəşf etməkdə, səhnə utancaqlığı və qorxusu kimi hisslərə qalib gəlməkdə, gizlin yaradıcı bacarığınızı üzə çıxarmaqda kömək edib. Həmçinin "Xor" kollektivin bir hissəsi olmağı, fikir və hisslərinizi musiqi və improvizə vasitəsi ilə ifadə etməyi öyrədib.
"Xor" haqqında ideya Qahirədə yaranmış, daha sonra böyük uğurla İsgəndəriyyədə, Əmmanda, Beyrutda, Londonda, Münhendə, Berlində, Parisdə və İstanbulda həyata keçirilib. Bakıdakı layihə mayın 2-si və 10-u arasında keçirilən bir həftəlik master-klassın nəticəsi olub.
Layihə "Bank Technique"in sponsorluğu altında həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib
17.09.2020
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək
16.09.2020
“Oltin ko`prik: Qızıl körpü” adlı sənədli film hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info