Suriya və İraqda 6500-dək “İŞİD” silahlısı var
Tarix: 18.10.2017 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Detallar açıqlanmır: Rusiya və ABŞ koalisiyasının nümayəndələri arasında Suriyaya dair görüş keçirilib
Rusiya və “İŞİD”ə qarşı ABŞ koalisiyasının nümayəndələri arasında Suriyada münaqişə hallarının aradan qaldırılmasına dair ikinci görüş keçirilib. “RİA Novosti”nin xəbərinə görə, bu barədə koalisiyanın rəsmi nümayəndəsi polkovnik Rayan Dillon bildirib. “Əvvəlki səviyyədə təşkil olunan ikinci görüş İraq və Suriyahüdudlarından kənarda keçirilib. Bu görüş bir həftə əvvəl baş tutub”, - deyə R.Dillon bildirərək, görüşlə bağlı digər təfərrüatları açıqlamaqdan boyun qaçırıb. Qeyd edək ki, birinci görüş sentyabrda baş vermişdi. ABŞ-ın rəhbərlik etdiyi koalisiyasının mətbuat katibi polkovnik Rayan Dillon eyni zamanda bildirib ki, Suriya və İraqda 6500-dək “İŞİD” silahlısı var. Onun sözlərinə görə, Raqqada hazırda cəmi 100 silahlının olduğu ehtimal edilir. Qeyd edək ki, uzun müddət “İŞİD”-in əlində olan, terrorçuların "paytaxt" elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib. Bu barədə terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan “Directorate 4” məlumat yayıb. Terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb. Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olduğu bildirilir. Şəhərin xarabalıqlarının pilotsuz uçuş aparatından çəkilmiş vidosunu CNN nümayiş etdirib. Videodan görünür ki, küçələr boşdur, binalar tam və yarımdağılmış vəziyyətdədir. "Paradise Square" meydanında Bəşər Əsədə müxalif olan SuriyaDemokratik Qüvvələrinin avtomobilləri hərəkət edir. Bundan başqa, görüntülərdə şəhərin mərkəzində yerləşən, terrorçuların sonuncu dayaq məntəqəsi olan stadion və hospital binası da yer alıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.12.2018
Yaponiya növbəti maliyyə ili üçün rekord büdcə layihəsini qəbul etməyə hazırlaşır
15.12.2018
Parisdə keçirilən etiraz aksiyasında 100-dən çox “sarı jiletli” saxlanılıb
15.12.2018
Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır
15.12.2018
Avstraliyanın Baş naziri Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını bildirib
15.12.2018
ABŞ və Çin arasında ticarət sazişi “tezliklə“ imzalana bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info