“Həyat 50 yaşdan sonra başlayır”
Tarix: 18.10.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
Naibə Hacıyeva:
“Qürbətdə yaşayıb dövlətimə, millətimə olan sevgimi, xalqımı dəyərləndirmək, bir çox cəhətdən dəstək olmaq mənim qanımdadır”

Azərbaycan xanımlarının nə qədər mərd, vətənpərvər olması xaricdəki bir çox xanım diaspor üzvlərinin simasında da bir daha özünü büruzə verir. Məhz elə buna görə də milli diasporun inkişafında xanım soydaşlarımızın özünəməxsus rolu var. Bu baxımdan, Almaniyada diaspor fəaliyyətinə gənc yaşlarından başlayan Naibə Hacıyeva da böyük əmək sərf edib. Bu gün 50 yaşı tamam olan Naibə xanım öz əməksevərliyi, vətənpərvərliyi və təmənnasız fəaliyyəti ilə bir çoxlarına nümunədir. Qeyd edək ki, Naibə Hacıyeva 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1990-cı ildən Almaniyanın Bonn şəhərində yaşayır və Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Həmçinin Mode “Baku” mağazasının sahibidir. İki övladı var.
-Yarım əsrlik ömürdən sonra həyatda edə bilmədiyiniz hansı işləriniz qalıb?
- Öncə, bütün Azərbaycan xalqını qürbət diyardan salamlayır və 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Hər bir həmvətənimə xoşbəxt həyat arzu edirəm.
Bəli, insan hər cəhətdən çox güclü olmalıdır. Yarım əsri artıq başa vurdum. Bu illərdə həyatda arzuladığım çox səyləri əldə edə bildim, amma arzular, istəklər heç zaman bitmir. Hələ qarşıda görəcəyimiz işlər çoxdur, almanlar demişkən, həyat hələ bu yaşdan sonra başlayır. Qürbətdə yaşayıb vətənimə, dövlətimə, millətimə olan sevgimi, xalqımı dəyərləndirmək, bir çox cəhətdən dəstək olmaq mənim qanımdadır. Məni kimsə bu yoldan çəkindirə bilməz.
-Bir xanımın yad bir ölkədə karyera qurub uğur qazanması üçün əsas nəyə ehtiyacı var?
-Bu gün düşünəndə ki, 50 yaşım tamam olur, özümə inanmağım gəlmir. Bəli, 50 il, zaman çox tez keçir. Deməli, ömrümün yarıdan çoxunu Avropanın ən gözəl dövlətlərindən biri olan Almaniyada keçirmişəm. Almaniyada yaşayan azərbaycanlı, əcnəbi tanış və dostlarım çoxdur. Dostlarımı, tanışlarımı, əzizlərimi çox sevir və dəyər verirəm. İnsanların qəlblərini qırmaqdan çox qorxuram. Xasiyyətlər dəyişikdir, xasiyyətim tutmayan insanlardan uzaq durmağı xoşlayıram. Hər bir insanı dəyərləndirməyə çalışıram. Hər bir insanın həyatında olduğu kimi, mənim də həyatımda çətin və gözəl günlərim çox olub. Yıxılmağı heç vaxt özümə ayıb bilməmişəm. Çabalayıb yerdə qalmağı özümə yaraşdırmamışam. Bir iş gördüyüm zaman çox dərin düşünüb, sonra qərar verirəm. İş gördüyüm zaman riskə girirəm. Xarici dövlətdə yaşayıb karyera qurmaq, heç kimdən asılı olmamaq, öz gücü ilə ayaqda durmaq heç də asan iş deyil. Bunun üçün insan çox səbirli və güclü olmalıdır.
-Qürbətdə keçən illərdə sizin qol-qanadınız kimlər olub?
-Qürbətdə mənim qolum, qanadım, nəfəsim iki balam; oğlum və qızım olub. Övladlarım kiçik yaşlarından hər zaman mənə dayaq, yaxşı və çətin günlərimdə hər zaman mənə dəstək olublar. Onlar olmasaydılar, mən belə güclü olmazdım. Övladlarım olmasaydılar, mən, mən olmazdım! Onlar mənə həyat verir, məni yaşadırlar.
-Deyirlər, Qərbdə əksər insanlar 50-60 yaşdan sonra ömürlərinin sanki ikinci baharını yaşamağa başlayırlar. Bəs sizin, bu baxımdan, həyata baxışınız necədir?
-Bəli, məncə də elədir. Çünki 50 yaşdan sonra insan həyata daha başqa gözlə baxır, həyata daha da dərindən bağlanır, insanlara olan sevgi, hörmət bir başqa olur, hər şeyi daha da dərindən düşünürsən. Gənc yaşlarında sanki insan işləmək üçün yaşayır, bəlli yaşda isə yaşamaq üçün işləyir.
-Uzun illərdir ki, Avropada yaşayırsınız. Demək olarmı Avropa dəyərləri əvvəlki illərlə müqayisədə öz dəyər və imicini itirir?
-Şəxsən mən elə deməzdim. Mən uzun müddətdə Avropada yaşayan birisi kimi deyə bilərəm ki, Avropada dəyər və imic itmir. Sadəcə, Avropaya dünyanın hər yerindən axın çox olduğu üçün bu, belə qəbul edilir.
-Hər bir insan qürbətə müəyyən məqsəd üçün gedir. Siz necə, Almaniyada öz məqsədinizə çatıbsızmı?
-Mən Almaniyaya tezliklə Azərbaycana qayıtmaq məqsədi ilə gəlmişdim. Lakin bu məqsədimə nail ola bilmədim. Ömrümün təqribən 28 ilini Almaniyada yaşayıram. Özümü çox xoşbəxt hiss edirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.11.2017
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”
17.11.2017
“Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
15.11.2017
“Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
13.11.2017
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər”
10.11.2017
“Bu il 3 yeni sığorta məhsulu hazırlamışıq”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info