“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”
Tarix: 18.10.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər
“Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”. APA-nın “neweasterneurope.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. O bildirib ki, Aİ ilə Azərbaycan münasibətləri yeniləmək və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişlə əlaqələrin tam potensialını inkişaf etdirmək niyyətindədir: “Hələlik adı məlum olmayan bu saziş ortaq fundamental dəyərlər və prinsiplər əsasında əlaqələrimizi genişləndirəcək və dərinləşdirəcək, qarşılaşdığımız çağırışlar və ortaq qlobal, siyasi-iqtisadi maraqları nəzərə alacaq. Saziş siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcək”. Komissar Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı təmsil etdiyi təşkilatın mövqeyini də izah edib: “Münaqişəyə dair bizim mövqeyimiz bəllidir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun münaqişə zonasında gərginliyin azaldılması ilə bağlı təxirəsalınmaz tədbirləri nəzərdən keçirməyi nəzərdə tutan, o cümlədən tərəflərin substanstiv və vacib siyasi iradə ilə danışıqlara yenidən cəlb olunması istiqamətindəki səylərini dəstəkləyir”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
“Dəməşqin Afrinə ordu yeritməsi Suriyanın bölünməsinə gətirib çıxaracaq”
19.02.2018
Vikipediyaya Azərbaycan mədəniyyəti haqqında özbək dilində məqalə yerləşdirilib
18.02.2018
“Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”
17.02.2018
“Biz düyüyə olan tələbatı özümüz ödəməliyik“
16.02.2018
“Türkiyə PKK ilə mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir“

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8443

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info