Çin Kommunist Partiyasının XIX qurultayı keçirilir
Tarix: 18.10.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər
Çin Kommunist Partiyasının (ÇKP) XIX milli qurultayı öz işinə başlayıb. Ölkənin müxtəlif dövlət qurumlarını təmsil edən, ümumilikdə 2287 nümayəndənin iştirak etdiyi tədbir Pekinin Xalq Yığıncaqları Sarayında keçirilir. Tədbirdə iştirak etmək üçün ölkənin 31 vilayətindən Pekinə gələn nümayəndələr Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin departamentlərini, dövlət qurumları və müəssisələrini, Çinin Silahlı Qüvvələrini və partiyanın Tayvan bölməsini təmsil edirlər. Çin Xalq Respublikası üçün böyük əhəmiyyət kəsb edən qurultayda partiya rəhbərliyinin yeni tərkibi formalaşacaq, ölkə üçün mühüm qərarlar qəbul ediləcək və növbəti beş il üçün nəzərdə tutulan inkişaf planı təsdiqlənəcək. Bundan əlavə tədbirdə partiyanın Mərkəzi Komitəsinin və mərkəzi komissiyalarının gördüyü işlərə dair hesabat məruzələri dinlənəcək, konstitusiyada edilən düzəlişlər və cari məsələlər müzakirə olunacaq. Tədbirin işıqlandırılmasında ümumilikdə 3068 KİV nümayəndəsi iştirak edir ki, onların 1818-i xarici jurnalistlərdir. Qurultayın açılış mərasimində Çin Kommunist Partiyasının baş katibi Si Çinpinin “Orta səviyyəli bir cəmiyyətdə həlledici qələbəyə nail olmaq, yeni dövrdə Çin xüsusiyyətli böyük qələbənin əldə edilməsi” mövzusunda məruzəsi dinlənilib. Qurultayı ölkə üçün olduqca vacib hadisə adlandıran ölkə lideri deyib: “Bugünkü tədbirimizin əsas mövzusu missiyamızı unutmadan ilkin hədəflərə sadiq qalmaq, sosializmin Çin xüsusiyyətli bayrağını yüksəkdə saxlamaq, orta səviyyəli bir cəmiyyətdə həlledici qələbəyə nail olmaq, yeni dövrdə Çinin özünə xas böyük sosializm qələbəsini əldə etmək Çin xalqının yenidən dirçəlməsi istiqamətində böyük Çin arzusu uğrunda yorulmaz mübarizədir. Son beş il ərzində görülən işlər və tarixi dəyişikliklərə nəzər salsaq deyə bilərik ki, ölkənin iqtisadi sahəsində böyük uğurlar əldə olunub, hərtərəfli islahatlarda böyük irəliləmələr müşahidə olunur. Bundan əlavə demokratiya və hüquq quruculuğu istiqamətində mühüm addımlar atılıb. Ölkənin ideoloji-mədəniyyəti və ekosivilizasiya quruluşunda gözlə görüləcək irəliləyişlər var. Silahlı Qüvvələrin möhkəmləndirilməsi və daha da yüksəyə qaldılırlması sahəsində yeni mühit yaradılıb. Syanqan, Aomenem və Tayvanla əməkdaşlıqda yeni inkişaf sahələri əldə olunub. Yeni dövrdəki hədəflərimiz Çin ideologiyasına sadiq qalaraq qarşımızda duran strateji hədəflərimizə irəliləməkdir”. Qeyd edək ki, 1921-ci ildə yaradılan Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və Çin Xalq Respublikası yaradılıb. ÇKP üzvlərinin sayına (89 milyon nəfər) görə dünyada ən böyük siyasi partiyadır. Ali orqanı beş ildən bir keçirilən qurultay olan partiyanın Mərkəzi Komitəsi, Mərkəzi Komitənin Siyasi Bürosu, Siyasi Büronun Daimi Komitəsi fəaliyyət göstərir. Partiyanın üç milyondan çox ilk ərazi təşkilatı var.




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
“İŞİD”ə qoşulan azərbaycanlı qadınlara ömürlük həbs cəzası verilib
19.02.2018
Tillerson Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü bildirib
16.02.2018
Türkiyə və ABŞ-ın arasında “Menbic düyünü”
16.02.2018
“İtaliya memarları “Yanardağ“da kompleks inşası ilə bağlı layihə hazırlayıblar”
16.02.2018
Tillerson-Ərdoğan görüşü məhsuldar olub

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8433

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info