Bakı Bulvarının altından tunelin çəkilməsi heç bir təhlükə daşımır
Tarix: 11.05.2013 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


İlkin hesablamalara görə, "Böyük Bakının Regional İnkişaf Planı"nın reallaşdırılmasının orta hesabla dəyəri 4-5 milyard manat təşkil edir.
Bu barədə jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Abbas Ələsgərov bildirib: “Dünya bankı layihənin texniki-iqtisadi əsaslandırılması üzrə nəticələri müsbət cavablandırıb. İyun-iyul aylarında layihə üzrə növbəti ictimai dinləmələr keçiriləcək. Əvvəlki dinləmələr nəticəsində layihəyə kiçik dəyişikliklər edilib”. A.Ələsgərov onu da bildirib ki, Azərbaycan paytaxtında Bakı körfəzinin iki tərəfini birləşdirəcək Dənizkənarı Bulvarın bütün uzunluğu boyu yeraltı tunelin tikintisi heç bir təhlükə daşımır. Layihəyə əsasən, yeraltı tunelin uzunluğu 42 kilometr olacaq. Tunelin 0,9 kilometrlik bir hissəsi yerin üstündə salınacaq və U şəkilli formaya malik olacaq. Tunel altı xətli (3 xətt bir ) olacaq. Bakı körfəzinin hər iki tərəfinin birləşdirilməsi üçün suüstü körpü tikintisinin mümkünlüyünə də baxılır. Lakin A.Ələsgərovun fikrincə, Bakı körfəzindən keçəcək körpünün tikintisi bahalı layihədir: "Yol salmaq imkanı olduğu halda körpünün tikintisi nəyə lazımdır? Körpünün tikintisi baha başa gəlir".
NIGAR




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir”
21.09.2019
Alma bağı salanlara şad xəbər!
21.09.2019
Azərbaycanda ata övladına Ərdoğan adı qoydu
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info