Körfəz Əməkdaşlıq Şurası ölkələrindən gələn turistlərin sayının artması müsbət amildir
Tarix: 19.10.2017 | Saat: 12:54:00 | E-mail | Çapa göndər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası və üzv dövlətlərlə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında imzalanmış Anlaşma Memorandumunun ikitərəfli əlaqələrin institusional əsasda inkişafı üçün mühüm çərçivə rolu oynadığı diqqətə çatdırılıb. Son dövrlərdə Azərbaycana Körfəz Əməkdaşlıq Şurası ölkələrindən gələn turistlərin sayının artması və birbaşa aviareyslərin açılması müsbət inkişaf kimi xüsusi olaraq qeyd olunub və bu istiqamətdə birgə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
19-20 oktyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes-forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağına əminlik ifadə olunub.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2017
“NATO təlimində Türkiyəyə qarşı yol verilən əməlin izahı ola bilməz”
21.11.2017
Oqtay Əsədov: “Büdcə zərfinin sənədləri göstərir ki, gələn il üçün də real iqtisadi artım proqnozlaşdırılır”
21.11.2017
“Azərbaycanın qüdrətli və regionda aparıcı dövlətə çevrilməsində YAP-ın böyük rolu var”
21.11.2017
Tanınmış iraqlı jurnalist Ermənistanın işğalçı siyasətindən yazıb
21.11.2017
Makedoniya THP lideri: “Qarabağ məsələsini daim diqqətimizdə saxlayacağıq”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7746

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info