Niderlanddan Azərbaycan xalqına unikal hədiyyə
Tarix: 11.05.2013 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Niderlandın "DufoA" ("Azərbaycanın hollandiyalı dostları") cəmiyyəti xrizantem gülünün (payızgülü) "Azəri" növünü yetişdirməklə Azərbaycan xalqına unikal hədiyyə təqdim edib.
"Xrizantem xüsusi olaraq bunun üçün seçilib. Çünki bu çiçək Azərbaycan xalqının xarakterinə uyğun gəlir və müdriklik, uzunömürlülük və sağlamlığı tərənnüm edir. Bu gül Azərbaycan xalqının rifahına öz töhfəsini verən hər kəsə təşəkkür rəmzidir” -deyə "DufoA" cəmiyyətinin direktoru, xanım Marion van der Vext bildirib.
"Azəri" çiçəyi harada doğulmasından asılı olmayaraq, öz milləti ilə fəxr edən hər bir azərbaycanlının şərəfinə yetişdirilib".
O qeyd edib ki, Niderland Krallığının tarixində ilk dəfə olaraq çiçəyin konkret şəxslərə deyil, məhz ayrıca xalqın şərəfinə adlandırılması barədə sertifikat verilib.
Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi şərəfinə keçirilən Gül bayramında "DufoA" cəmiyyəti ayrıca stendlə iştirak edib. Stenddə krallığın bu hədiyyəsi Azərbaycan xalqına təqdim edilib.
Cəmiyyətin əvvəlki layihələri sırasında "DufoA"nın təklifi ilə böyük lider Heydər Əliyevin şərəfinə adlandırılan yeni zanbaq növü də var. Müvafiq sertifikat 2009-cu il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. 2011-ci ilin mayında isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adının daha bir zanbaq növünə verilməsi barədə sertifikat təqdim edilib.
Marion van der Vext bildirib ki, uşaqlıq dövründən etibarən onun qəlbində Qafqaz xalqlarına qarşı sevgi yaşayır: "2008-ci ildə Bakıya konfransa dəvət olunmaq şərəfi mənə nəsib olanda öz uşaqlıq arzularımı xatırlayaraq çox xoşbəxt idim. Təəccüblü deyil ki, Azərbaycana ilk gəlişim zamanı bu ölkəyə, təmiz qəlbi, zəngin mədəniyyəti və səxavətli qonaqpərvərliyi olan bu xalqa vuruldum. Niderlanda qayıdarkən əmin oldum ki, həmvətənlərimə bu ecazkar ölkə barədə danışmalıyam. Və mən həmvətənlərimin bu ölkəyə marağını hər cür dəstəkləməyə və inkişaf etdirməyə hazır olan bütün entuziast insanları bir araya gətirdim".
"DufoA" cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində bir sıra mədəni tədbirlər təşkil edib və keçirib. Onların sırasında sərgi və konsertlər də olub. Bu təşkilatın sayəsində Azərbaycan Niderlandda müxtəlif tədbirlərdə-güllər festivalında, şərab sərgisində iştirak etdi. Həmin tədbirlərdə bu ölkənin sakinləri Azərbaycanla daha yaxından tanış olmaq imkanı əldə etdilər.
"DufoA"nın layihələri arasında Xocalıda baş vermiş hadisələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Haaqada Sülh Sarayı kitabxanasına milyonlarla imzanın olduğu kitabların hədiyyə edilməsi də var.
Həmçinin cəmiyyətin mühüm layihələrindən biri BMT-nin İnsan Haqları Məhkəməsinin (Haaqa tribunalı) fəaliyyət göstərdiyi Sülh Sarayının qapıları önündə "Azərbaycan Daşı"nın yerləşdirilməsidir. Bu yerdə, Sülh Sarayının qapıları önündə dünyanın 196 ölkəsindən gətirilmiş "Daş"lar yerləşdirilib. Cəmiyyətin direktorunun sözlərinə görə, “Azərbaycan Daşı”nın Sülh Sarayının qapıları önündə yerləşdirilməsi çətin tapşırıq idi. Çünki bununla bağlı xüsusi komissiya tərəfindən ölkənin tarixi və son illər orada baş verən hadisələrin ciddi qiymətləndirilməsi aparılır. Marion van der Vext əmindir ki, "DufoA"nın fəaliyyəti Niderland və Azərbaycan arasında sülhün və əməkdaşlığın çiçəklənməsinə kömək edəcək.




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info