Depressiya insanların əhvali-ruhiyyəsinin dəyişməsinə səbəb olur
Tarix: 19.10.2017 | Saat: 13:34:00 | E-mail | Çapa göndər
Payızın gəlişi bir sıra hallarda əhvali-ruhiyyənin pisləşməsinə, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Payız depressiyası adlandırılan həmin dəyişiklik əhalinin 4-5 faizində müşahidə olunur. Depressiyanın səbəblərini dəqiq aşkar etmək mümkün olmasa da, psixiatrların fikrincə, əsas səbəb Günəş işığının azalması nəticəsində yaranan hormonal dəyişikliklərdir.
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Rəşidova AZƏRTAC-ın müxbirinə deyib: "Payız dəyişikliyi ilk növbədə melatonin hormonunun artmasına aparıb çıxarır. Orqanizmdə temperaturu tənzimləyən həmin hormonun yüksəlməsi hərarətin azalmasına, yuxululuğun və iştahanın artmasına səbəb olur.
İkinci səbəb serotonin hormonunun azalmasıdır. Həmin hormon əhvalın tənzimlənməsi, yuxu ilə ayıqlığın tarazlanmasına cavabdehdir. Orqanizmdə melatoninin artması avtomatik olaraq serotonin azalması ilə nəticələnir. Məmnunluq və xoşbəxtlik hissinin yaranması, həmçinin əhvali-ruhiyyə yüksəkliyi üçün qanda serotonin yüksək miqdarda olmasıdır.
Günəş işığının intensivliyinin azalması dofamin adlı daha bir neyromediatorun miqdarının azalmasına səbəb olur, diqqətin və ətraf mühitdə baş verən hadisələrə marağın zəifləməsi ilə nəticələnir. Aparılan tədqiqatlar göstərir ki, mövsümi depressiyadan günəş işığı az olan şimal qurşaqlarında yaşayanlar daha çox əziyyət çəkir.
Qəm-qüssə, heç nəyə marağın olmaması, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, cinsi qabiliyyətin aşağı düşməsi, iştahanın dəyişməsi-artması və ya olmaması və suisidal fikirlər payız depressiyasının əlamətləri hesab olunur".
Depressiyadan xilas olmaq barədə danışan şöbə müdirinin fikrincə, payız depressiyası ilə mübarizə aparmaq üçün ilk növbədə günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir.
Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır. Səhərlər bir-iki fiziki hərəkət etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir.
Psixiatr daha sonra deyib: "Çox mühüm məsələlərdən biri də dörd divar arasında qapanıb qalmamaq, dost və yaxınlara vaxt ayırmaqdan ibarətdir. Kafedə yaxın dostlarla içilən bir fincan çay bəzən bir psixoloqun seansını əvəz edə bilər. Ovqatı yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır.
Qəmgin və üzüntülü vəziyyət uzun müddət narahat edəndə onun səbəblərini araşdırmaq və həyat eşqini artırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Hansı soğan daha faydalıdır?
24.11.2017
Kifoz xəstəliyi nədir?
24.11.2017
Yuxuya nəzarət edən “ağıllı” üzük
24.11.2017
Bütün şirkətlər mobil qurğulara edilən kiberhücumlara məruz qalır
23.11.2017
“Samsung” süni intellekt tədqiqatlar mərkəzi açacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info