Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 500 mln. dolları ötüb
Tarix: 19.10.2017 | Saat: 13:40:00 | E-mail | Çapa göndər
2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 567,070 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, 9 ay ərzində Azərbaycan Gürcüstandan 167 mln. 787,3 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 399 mln. 282,7 min dollar dəyərində olub.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 7 mlrd. 567,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,1% çoxdur.

Qonşu ölkənin ixracı 28,3% artaraq 1 mlrd. 940,3 mln. dollar, idxal isə 7,4% artaraq 5 mlrd. 627,2 mln. dollar təşkil edib.

Bu ilin 9 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 16%-i) birinci yeri saxlayıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq ferroərintilər (12,2%) və minik avtomobilləri (7,7%) tutub.

Qonşu ölkənin ən çox idxal etdiyi məhsulların ilk üçlüyünə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (6%) və mis filizi və konsentratlarıdır (4,6%).




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Şəhid ailələri üçün Prezident təqaüdü artırılıb
19.02.2018
E-ticarət: asan alış-veriş və yeni iş sahələri
19.02.2018
Rusiya ilə enerji mübadiləsi artırılacaq
19.02.2018
“Petkim“ mənfəətini ikiqat artırıb
19.02.2018
Azərbaycanda 281 mindən çox yeni iş yeri açılıb

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8443

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info