“AzRusTrans” şirkətin şəxsi vaqon parkını formalaşdıracaq
Tarix: 19.10.2017 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” QSC və “Rusaqrotrans” QSC tərəfindən təsis edilmiş “AzRusTrans” QSC 10 oktyabr 2016-cı ildən fəaliyyətə başlayıb. Bu, dövlət və özəl sektoru arasında formalaşmış unikal təcrübə kifayət qədər müsbət nəticələr verdi, şirkət taxıl və taxıl məhsullarının əsas tədarükçüsü olub və meşə məhsulları tədarükü bazarında da öz yerini tutub. Bu barədə “AzRusTrans” QSC-nin yaydığı bəyanatda məlumat verilib.
Qeyd edilir ki, bir il fəaliyyəti ərzində şirkət 415 000 ton taxıl və taxıl məhsulları və 1173 vaqon meşə məhsullarının tədarükünü həyata keçirib.
“AzRusTrans” şirkətinin yaradılmasında məqsəd, ilk növbədə ölkənin tranzit potensialının yüksəldilməsi və tranzit daşımalarının artırılması oldu. Daşımalar yalnız Azərbaycan və Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran ərazisinə, oktyabrın sonunda açılması gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra isə, Türkiyə istiqamətində də fəallaşacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Türkiyə istiqamətinə yüklərin daşımasını təmin edəcək. Bu istiqamətdə böyük potensial var, belə ki, hər il Rusiyadan Türkiyəyə 4 milyon ton taxıl və taxıl məhsulları və əlavə 2 milyon ton taxıl istehsalı üçün xammal tədarük olunur. “AzRusTrans” şirkəti artıq bu istiqamətdə həyata keçirmək üçün yeni layihələr hazırlayır.
Hazırda Astara ərazisində taxıl terminalının tikinti layihəsi üzrə işlər aparılır, layihə hazırlanandan sonra Azərbaycan üzərindən Rusiya-İran birbaşa xətti ilə və daha az xərclərlə taxıl tədarük etmək mümkün olacaq. Bu istiqamətin alternativ yol Xəzər dənizidir – Həştərxan və Mahaçqala limanlarıdır. Bu limanlarda hazırda ildə 1,6 milyon ton yük yüklənir, və bu potensial yüklərin Azərbaycan üzərindən daşınması ölkənin tranzit potensialını daha da möhkəmləndirəcək.
Baxmayaraq ki, “AzRusTrans” əsasən taxıl və taxıl məhsullarının tədarükünü həyata keçirir, həmçinin “Transles” QSC cəmiyyəti ilə də əməkdaşlıq edir. Şirkət meşə məhsullarını Azərbaycana, eləcə də Azərbaycan üzərindən İrana, Gürcüstana və gələcəkdə isə Türkiyəyə ərazisinə də tədarükünü həyata keçirəcək.
Gürcüstan istiqamətində yüklərin daşımasını həyata keçirmək üçün AzRusTrans şirkəti Amerikanın Bunge Limited və İsveçrənin Glencore International AG şirkətləri ilə əməkdaşlıq edirdi. Lakin, Bunge Limited şirkətinin Rusiyada fəaliyyətinin dayandırması ilə əlaqədar olaraq, şirkət yeni potensial tərəfdaşlarla bu istiqamətdə daşımaların bərpası üçün danışıqlar aparır. Gürcüstan istiqamətində daşımalar, Azərbaycan Dəmir Yolları tərəfindən güzəştli tariflərin tətbiqindən sora daha da əlverişli olub.
AzRusTrans şirkətnin fəaliyyətinin səmərəliliyi və rentabelliyini həmçinin formalaşmış vaqon parkıda təmin edir. Hazırda şirkət vaqonları Azərbaycan Dəmir Yolları QSC-dən icarəyə götürür, Rusiya ərazisində tərəfdaşın olması hesabına isə “AzRusTrans” Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilib.
Şirkətin gələcək planlarına şəxsi vaqon parkının alınması daxildir, bu biznesə əlavə rentabellik və daxili bazarda idxal yüklərinin tədarükü sahəsində mövqeyini tutmağa imkan yaradacaq. “AzRusTrans” gələcəkdə fəaliyyət istiqamətlərini genişləndirəcək, tərəfdaşlırının sayını artıracaq. Hazırda şirkət “Azərbaycan Dəmir Yolları”-nın operatoru qismində 10% yüklərin daşımalarını həyata keçirir, qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi nəticəsində isə, bu rəqəm daha da artırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Azərbaycana idxal olunan avtomobillərin sayı açıqlanıb
21.06.2018
Ağstafada güzəştli kreditlə tikinti materialları istehsalı müəssisəsi yaradılır
21.06.2018
Sahibkarların bütün təklifləri nəzərə alınır
21.06.2018
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb
21.06.2018
Meyvə-tərəvəz ixracı 19 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Jamanak“: “Paşinyan istefa verəcək”
5 “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info