İsa Həbibbəyli: “Firəngiz Əlizadə novator bəstəkar və məhsuldar elm xadimidir”
Tarix: 19.10.2017 | Saat: 13:54:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığına həsr edilmiş tədbir keçirilib.

APA-nın məlumatına görə, akademik İsa Həbibbəyli Firəngiz Əlizadənin yaradıcılığından danışıb, onu novator bəstəkar, məhsuldar elm xadimi adlandırıb.

İ. Həbibbəyli bildirib ki, F. Əlizadənin musiqi sahəsindəki tədqiqatları mədəni xəzinəmizə qiymətli əsərlər qazandırıb: "Firəngiz xanım istər bəstəkar, istər alim kimi hər zaman öz sənətində yeniliklər edib, Azərbaycan musiqisini dünyada layiqincə təmsil edib. O, zəngin əsərlər yaradan böyük bəstəkar, pedaqoq, ictimai xadimdir. Azərbaycan dövləti Firəngiz Əlizadənin xidmətlərini hər zaman yüksək qiymətləndirib, onu fəxri adlarla təltif edib. İnanıram ki, Firəngiz xanım bundan sonra da öz əsərləri ilə bizi sevindirəcək, musiqi xəzinəmizi zənginləşdirəcək".

Tədbirdə professorlar Həcər Babayeva, Cəmilə Həsənova və Kamilə Dadaşzadə Firəngiz Əlizadənin yaradıcılığı haqqında məruzələrlə çıxış edib, bəstəkarın əsərləri səslənib. Məruzələrdə musiqiçinin yaradıcılığının əsas istiqamətləri, bədii məzmun və musiqi dilinin bir-biri ilə vəhdət təşkil etdiyi operaları haqqında danışılıb.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
SDU-da 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib
19.01.2018
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb
19.01.2018
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
19.01.2018
YAP üzvlərinin sayı 710 min nəfəri keçib
19.01.2018
Əfşarlar dövrünə aid kitabın surəti əldə edilib

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8222

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info