ADPU- da dövlət müstəqilliyinin bərpasına həsr edilmiş tədbir keçirilib
Tarix: 19.10.2017 | Saat: 14:38:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi və professor-müəllim heyəti iştirak edib. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin ADPU-dakı abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər, sonra isə Heydər Əliyev muzeyini ziyarət ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq universitetin kollektivini bu mühüm və əlamətdar tarixi gün münasibətlə təbrik edib, uğurlar arzulayıb. Qeyd edib ki, dünyada 5 minə yaxın xalq, 200-dən çox dövlət var. Müstəqillik xalqların həyatında böyük rol oynayan amildir. Azərbaycanın 3 minillik dövlətçilik tarixi var. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edilib. Bu Aktın qəbul edilməsi mühüm tarixi-siyasi hadisə idi və həmin gün tariximizə dövlət müstəqilliyimizin bərpası günü kimi daxil olub. Yeni yaranan müstəqil Azərbaycan dövləti özünün Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu bəyan edərək onun bayrağını, gerbini, himnini dövlət atributları kimi qəbul edib.
Ulu öndərimiz Heydər Əliyev müstəqilliyin qorunmasının vacibliyini ön plana çəkərək deyib: «Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir». Azərbaycanın 1991-1993-cü illərdə yaşadığı ağır və üzücü ictimai-siyasi proseslər ümummilli liderimizin bu kəlamını bir daha təsdiqləyir. Məhz xalqımızın böyük oğlu, müdrik və mahir siyasətçi Heydər Əliyev öz zəngin təcrübəsi, yenilməz iradəsi hesabına Azərbaycanda möhkəm və dönməz daxili ictimai-siyasi sabitliyi təmin etdi. Dahi rəhbərimiz Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, ölkəmizin beynəlxalq aləmə çıxışını təmin etdi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması prosesi başlandı.
Qüdrətli siyasi xadim Heydər Əliyevin elmi əsaslara söykənən islahatlar strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev həyatımızın bütün sahələrinin dinamik inkişafını təmin edib. Bayram həm də hesabat deməkdir. Ölkəmiz uğurla inkişaf edir. ADPU-nun bu inkişaf prosesində öz yeri və mövqeyi var. Universitetdə islahatlar aparılır, təmir-tikinti işləri həyata keçirilir. Bu günlərdə 4 fakültənin dekanı, 16 kafedranın müdiri seçilib. Hazırda universitetdə vakant tədris-yardımçı heyət üçün müsabiqə keçirilir. Müsabiqəyə 22 yer çıxarılıb, 35 nəfər sənəd verib. Məqsədimiz ADPU-ya yüksək bilik və bacarıqlara malik mütəxəssisləri cəlb etməkdir. Biz universitetdə təhsilin keyfiyyətini yüksəltməli, maddi-texniki bazanı gücləndirməli, elmi-pedaqoji kadr potensialını artırmalı, müstəqil dövlətimizin gücləndirilməsi və gələcəyinin təmin edilməsinə öz töhfələrimizi verməliyik.
Tədbirdə Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev “Əbədi azadlığa gedən yolda” mövzusunda məruzə ilə, Azərbaycan tarixi kafedrasının professoru, tarix üzrə elmlər doktoru Xəqani Məmmədov isə “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda çıxış edib. Məruzə və çıxışda xalqımızın milli azadlıq uğrunda apardığı mübarizə, əldə etdiyi dövlət müstəqilliyi, ulu öndər Heydər Əliyevin yeni, müstəqil Azərbaycanın gücləndirilməsi naminə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, milli hakimiyyət və dövlət quruculuğu, ölkəmizin bugünkü uğur və nailiyyətləri, dünya birliyinə inteqrasiyası və beynəlxalq siyasi nüfuzu öz dolğun əksini tapıb.


Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
“Diplomatik korpuslar, diaspor təşkilatları formal tədbirlərdən uzaq durmalıdırlar”
20.11.2017
“Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var”
20.11.2017
Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı sənəd imzalanıb
20.11.2017
ASK: “Regionlarda görülən işlər qeyri-neft sahələrinin inkişafına zəmin yaradıb”
20.11.2017
BDU-nun 98 illiyinə həsr olunmuş intellektual yarış keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info