Ay orbitinə yaşayış modulu buraxılacaq
Tarix: 19.10.2017 | Saat: 14:40:00 | E-mail | Çapa göndər
“Bigelow Aerospace” özəl kosmik şirkəti “United Launch Alliance” müəssisəsi ilə birlikdə bəyanatla çıxış edərək 2022-ci ilədək Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulunu çıxarmağı planlaşdırmasını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, modulu buraxacaq raketdaşıyıcısı “United Launch Alliance” mütəxəssisləri tərəfindən hazırlanacaq, “B330” modulunu isə “Bigelow Aerospace” şirkətinin ərsəyə gətirməsi nəzərdə tutulur. Bunun 14 metr uzunluğunda hava ilə doldurulmuş və diametri 7 metrə yaxın bölmə olacağı planlaşdırılır. Bu ölçüdə bölmə 6 nəfərdən ibarət ekipajla birlikdə həyat və iş üçün lazım olan avadanlığı daşıya biləcək.
Məlumata görə, əvvəlcə modul Yerətrafı orbitə çatdırılacaq. Bunun üçün xüsusi “Vulcan 562” raketinin hazırlanması nəzərdə tutulur. Yer orbitində modul hava ilə doldurularaq sınağı keçirildikdən sonra raketdaşıyıcısının yanacaqla doldurulması üçün ona modulu Aya aparacaq daha iki yanacaq raketi göndəriləcək.
“Bigelow Aerospace” prezidenti Robert Biqelou bildirib ki, layihənin məqsədi hökumətə kosmosda yaşayış bazasını tez, effektiv və ucuz qurmağı nümayiş etdirməkdən ibarətdir. O ümid edir ki, oxşar hava ilə doldurulmuş modullardan gələcəkdə, məsələn, Marsın kəşfi üçün istifadə etmək mümkün olacaq.
Kosmik şirkət tərəfindən hazırlanaraq qurulan modullardan biri 2016-cı ilin yazından Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərir. Dördmetrlik konstruksiyanın 2018-ci ildə ayrılması planlaşdırılır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.04.2018
Tanışlıq üçün mobil proqramların təhlükəsi açıqlanıb
23.04.2018
2030-cu ilədək yeni texnologiya təqdim ediləcək
23.04.2018
Qarın və beldəki yağları əridən qarışım
23.04.2018
Zehni fəaliyyəti gücləndirmək yolları
19.04.2018
“FlyJacket” sistemi dronu ekzoskelet vasitəsilə idarə edir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9081

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 “Gənclərimiz dövlətin etimadını hər addımda doğruldurlar”
3 İlham Əliyevin andiçmə mərasimi olub
4 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
5 Kəskin bağırsaq infeksiyaları ilə necə mübarizə aparmaq olar?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info