BANM-də yeni ixtisaslar açılacaq
Tarix: 19.10.2017 | Saat: 15:19:00 | E-mail | Çapa göndər
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinə (ODTU) səfər edib. BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənovun da iştirak etdiyi səfərdə Elmar Qasımov və ODTU-nin rektoru professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq arasında görüş keçirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə tərəflər arasında ODTU-nin Elektrik Elektronika Mühəndisliyi və Kompüter Mühəndisliyi ixtisaslarının əsasında BANM-də eyni adlı ixtisasların açılması haqda razılıq əldə edilib. Səfər zamanı həmçinin təhsil müəssisələri arasında ikili diplomun verilə biləcəyi imkanları müzakirə olunub. Rektor Elmar Qasımov bu məqsədlə ODTU-nun rektoru prof. Mustafa V.Kökü yaxın zamanda BANM-ə dəvət edib.
Səfər BANM və ODTU tələbələri arasında mübadilə proqramının həyata keçirilməsi işlərinin başlanmasına təkan verib. ODTU-nun rəhbərliyi BANM-in fəaliyyətini və qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək ali məktəbə böyük marağı olduğunu vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2018
Monteneqro Prezidenti Bakıya gələcək
19.02.2018
BANM-in tələbələri “PetroBowl” müsabiqəsi üzrə çempionatın qalibi seçiliblər
19.02.2018
ADPU ilə Kipr Universiteti arasında müəllim-tələbə mübadiləsi aparılacaq
19.02.2018
“Multikulturalizm və tolerantlığın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndiririk”
19.02.2018
Regionlarda müşahidəçi və seçki fəalları üçün təlimlər keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8433

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info