Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı
Tarix: 19.10.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər
Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2017-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş yığıncaqda hesabat dövründə ölkədə və Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Məruzə ətrafında çıxışlar zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bəzi kütləvi informasiya vasitələrində Azərbaycandakı korrupsiya halları ilə bağlı gedən yazılara cavab olaraq bildirib ki, Beynəlxalq Valyuta Fondunun rəsmi açıqlamalarına görə hər il dünya iqtisadiyyatı korrupsiya halları ilə bağlı 2 trilyon dollardan çox vəsait itirir və bu rəqəmin tərkibində Azərbaycan və onun iqtisadiyyatının həcmini çox çətin ki, görmək olsun.
Bu məbləğdə vəsait itkisinə qadir olan dövlətləri sadalamağa isə ehtiyac yoxdur.
Azərbaycana gəldikdə isə aparılan islahatlar, görülən işlər, o cümlədən “Asan xidmət”in yaradılması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə şəffaflığın artması, gömrük sistemindəki islahatlar ölkədə neqativ halların ciddi surətdə zəifləməsi ilə nəticələnib.
Eldar Əzizov bildirib ki, “ölkədə cəmiyyət təmizlənir, iqtisadiyyat inkişaf edir, ciddi islahatlar gedir. Bütün bunlar da dahi insan - ölkə başçımız İlham Əliyevin fəaliyyətinin nəticəsidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
«Air Arabiya» Qəbələyə uçuşlar təşkil edəcək
20.01.2018
Keçən il Naxçıvanda 5 min 715 uşaq doğulub
19.01.2018
Baş prokuror vətəndaşları qəbul edib
19.01.2018
Dövlət Neft Fondunda vakansiya
19.01.2018
“Bank Respublika” işçi axtarır

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8228

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info