Növbəti erməni cinayəti
Tarix: 11.05.2013 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


Amerika Birləşmiş Ştatlarının Los-Anceles ştatının Van Nays əyalətində ağır cinayətdə ittiham olunan 28 yaşlı erməni məhkəmə qarşısına çıxarılacaq.
Amerika saytı “Glendalenewspress”də bildirilir ki, Los-Anceles dairə məhkəməsi 28 yaşlı Xaçik Maskovyanı oğurluqda və Kaliforniyanın Qlendeyl şəhər sakini, 33 yaşlı Coşua Vestinin qətlində günahlandırır. Hadisənin detalları hələlik açıqlanmır. Yalnız o, məlumdur ki, qətl aprelin 24-də olub.
Coşuanın cəsədi Van Naysın küçələrindən birində, çoxlu sayda güllə yarası və küt alətlə deşilmiş vəziyyətdə tapılıb.
Los-Anceles dairə məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, Coşua və Maskovyan arasında küçədə naməlum səbəbdən münaqişə yaranıb və 28 yaşlı erməni Coşuanı döyərək ona məxsus olmayan yük maşınına oturdub və naməlum istiqamətə aparıb.
Şahidlərin sözlərinə görə, bir neçə dəqiqə sonra atəş səsləri eşidilib və Maskovyan Coşuanı maşından yerə tullayıb. Hadisə yerinə gəlmiş təcili yardım briqadasının əməkdaşları Coşuanın həyatını xilas edə bilməyiblər. Hadisədən iki gün sonra Maskovyan həbs edilib. Coşuanın ölüm hadisəsi ilə bağlı isə cinayət işi başlanıb. Maskovyan və Coşua arasındakı münasibətlər barədə isə məlumat verilmir. Yalnız o, məlumdur ki, Coşua agentliklərdən birində menecer işləyirmiş.
Cinayətin motivləri və hansı şəraitdə baş verməsi üzərində işlər davam etdirilir.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
Prezidentin “Facebook“ səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib
20.09.2020
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
20.09.2020
Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir
20.09.2020
Sabah yağış yağacaq
20.09.2020
Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info