Cəza çəkməkdən azad edilmiş 3660 nəfərə birdəfəlik müavinət ödənilib
Tarix: 19.10.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3660 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq minimum əmək haqqının 4 misli qədər, yəni 464 manat məbləğində birdəfəlik müavinət ödənilib. Digər sosial ödənişlər kimi, qeyd olunan müavinətlərin də plastik kartlarla bankomatlar vasitəsilə ödənişi həyata keçirilib.
Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli 434 nömrəli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb. Hazırda Qobustan rayonunda inşası yekunlaşmaqda olan Mərkəz istifadəyə verildikdən sonra həmin şəxslərin sosial mühitə adaptasiyası, eləcə də onların peşə hazırlığının təşkili, ümumən hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.
Qeyd olunanlarla yanaşı, penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin gələcəkdə məşğulluq imkanlarına malik olmaları məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilir. Cari ilin 9 ayında ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 164 nəfər şəxs üçün həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında peşə hazırlığı kursları təşkil edilib. Kurslarda inşaat rəngsazı, elektrik-qaz qaynaqçısı, avtomobillərin təmiri üzrə çilingər, dülgər-xarrat və s. peşələr öyrədilib və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri təqdim olunub.
Nazirliyin məşğulluq orqanları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən digər vətəndaşlarla bərabər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin kvota üzrə ayrılmış iş yerlərində məşğulluğunun təmin olunması işləri də aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Deputat köməkçiləri AZAKA-da kurs keçdi
25.04.2018
İkinci Dünya müharibəsi ilə bağlı birdəfəlik maddi yardım 11 193 nəfərə şamil olunacaq
25.04.2018
Torpaq sahələrinin sənədləşdirilməsinə dair “Kütləvi çıxarış” kampaniyası keçirilib
25.04.2018
“YAY” qalereyası müsabiqə elan edib
25.04.2018
“Diaspor qurumlarının böyük əksəriyyəti müstəqil olmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9093

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
4 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq
5 Nazirlər Kabinetində boş qalmış vəzifələrə təyinatlar olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info