OCCRP təşkilatının sifarişlə işlədiyini sübut edən fakt
Tarix: 19.10.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Makedoniya prezidentinin Putinlə görüşündən bir ay sonra OCCRP təşkilatının bəyanatı ortaya çıxıb
Bu ilin may ayında Balkanların ərazi baxımından kiçik dövlətlərindən olan Çernoqoriyanın alyansa üzv olmasından sonra sırada Makedoniyanın olacağı gözlənilən idi. Artıq bununla bağlı NATO və ABŞ Makedoniyada informasiya-təbliğat kampaniyasına başlanılıb. Vaşinqton tərəfindən bir sıra layihələr ölkənin alyansa daxil olmasına istiqamətlənib. Burada bir məqama diqqət çəkmək lazımdır. Belə ki, ABŞ tərəfindən maliyyələşən korrupsiya və mütəşəkkil cinayətkarlığı araşdırma mərkəzi - OCCRP iyun ayında bəyanatla çıxış edib. Həmin bəyanatda qeyd edilir ki, Rusiya xüsusi xidmət orqanları və diplomatları Makedoniyada “Kremlin maraqlarına xidmət edən informasiya yaymaqla” məşğuldur. Sübut kimi altında heç bir imzası, müəllif olmayana və makedon dilində yazılmış məqalə göstərildi. Bununla Rusiyanın Makedoniyada seçkiyə müdaxilə etməsi havası yaratmağa çalışırdılar. Ssenari eynidir- Çernoqoriyada bu texnologiyadan istifadə edildi. Həmin bu OCCRP təşkilatı Azərbaycanla bağlı da qərəzli bəyanatlar səsləndirir. Amma Makedoniya və Çernoqoriya təcrübəsi göstərir ki, bu təşkilatın hesabatları qərəzli və sifarişlidir. Onların məqsədi dövlətlərin daxili işlərinə müdaxilə etməkdir. Bunun üçün korrupsiya ilə bağlı saxta “faktlar” icad edirlər. Deməli, bu ilin may ayında Makedoniya dövlət başçısı İvanov Moskvaya səfər edərək Putinlə görüşüb. Bundan sadəcə bir ay sonra sifariş yerinə yetirən OCCRP təşkilatının bəyanatı ortaya çıxıb!. Bundan bir qədər əvvəl isə avroatlantik strukturların İvanova kütləvi hücum kampaniyası təşkil edilib. Onlar İvanova təzyiq edirdilər ki, müxalifətə “alban platforması” altında hökumət formalaşdırmağa razılıq versin. Alban partiyası ilə makedon müxalifətinin birgə hökumət qurmasına çalışırdılar. Məqsəd aydın idi – prezident İvanovun və onu müdafiə edənlərin mövqeyini zəiflətmək. Sadəcə bu fakt OCCRP təşkilatının kimin marağına və sifarişlə “işlədiyini” anlamaq üçün yetərlidir.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
13.02.2019
“Cedarnyus” qəzetinin baş redaktoru: Qarabağ tarixi Azərbaycan torpağıdır
11.02.2019
Minimum əmək haqlarının artırılması əhalinin rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir
08.02.2019
Müxalifətin “yalan maşını”
07.02.2019
Paşinyanın əməkhaqqı və pensiyaların kəskin artımı barədə xalqa verdiyi vədlər reallaşmadı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info