“Avropa və Asiya dillərinin ümumi əcdadı var”
Tarix: 11.05.2013 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın "The Guardian" nəşri maraqlı bir yazı ilə çıxış edib. Qəzetdə müəllif İen Sempl yazır ki, Avropa və Asiyada yaşayan milyardlarla insanın danışdığı dillər Cənubi Avropada sonuncu buz dövründə mövcud olmuş qədim dildən törəyib: “Bunu aparılan araşdırmalar sübut edir. Alimlərin fikrincə, Portuqaliyadan Sibirə qədər ərazidə formalaşmış Avropa və Asiya dilləri 15 min il bundan öncə Cənubi Avropada ümumi köklərə malik, qohumluq baxımdan “superailə”yə mənsubdurlar. Britaniya alimləri ingilis və urdu, yapon və itelmen kimi dillərin lüğətində ümumi mənşənin olduğunu təxmin edirlər.
Azı 15 min il bundan öncə mövcud olmuş həmin təxmin edilən qədim ulu dil bir neçə dilin törənməsinə səbəb olub. Bu dillərin bir neçəsi sonradan qədim Avrasiya “superailə”sini yaradıblar. Sonradan isə onlar bir neçə dilə bölünüblər ki, indi də bu dillərdə Portuqaliyadan tutmuş Sibirə qədər bütün ərazidə danışırlar.
Redinq Universitetindən təkamülçü bioloq Mark Peycel deyir ki, Avrasiyada hamısı öz dil irsini 15 min il bundan öncəyə qədər - sonuncu buz dövrü itən ərəfədə mövcud olmuş insan qruplarının danışdığı dilə qədər görə bilər.
Linqvistlər çoxdandır ki, qədim Avrasiya dil “superailə”si ideyasını müzakirə edirlər. Bu dil ailəsi mübahisəli hesab edilir. Çünki sözlərin çoxu çox tez dəyişilir ki, onların mənşəyinin hardan gəldiyini təxmin etmək çətin olur. Belə ki, sözlərin çoxunun hər 2-4 min ildən 50 faizlik dəyişilmək və digər doğma olmayan sözlərlə əvəzlənmək şansı var.
Amma elə sözlər də var ki, daha uzun zaman yaşayır. Peycelin qrupu özünün əvvəlki araşdırmalarında sübut edib ki, bir neçə söz - o cümlədən tez-tez işlədilən əvəzliklər, saylar, zərflər on min illərlə qorunub saxlanıblar, daha sonra isə onları başqa sözlər əvəz ediblər.
Peycel özünün yeni işində kompyuter modelindən istifadə edib və az dəyişilən, müxtəlif Avrasiya dillərində eyni cür səslənən sözləri saymağa çalışıb. Sonra isə alimlər öz bu barədə olan siyahılarını linqvistlər tərəfindən rekonstruksiya olunmuş əvvəlki sözlərlə tutuşdurublar. Peycel belə deyib: “Bizim siyahısını hazırladığımız bu cür sözlər çox oxşar olub”.
“Proceedings of the National Academy of Sciences”dəki məqalələrinə alimlər 24 sözdən ibarət siyahı daxil ediblər. Bu sözlər azı, 4 Avrasiya dilinə aiddir. Bu sözlər əsasən tez-tez işlədilən “mən” və “biz” kimi əvəzliklər və “kişi”, “ana” kimi isimlərdir. Bir neçə sözün hələ də yaşaması təəccüblüdür. Məsələn, “qabıq” və “soxulcan” sözləri buna misal ola bilər. Peycel qeyd edir: “Qabıq qədim insanlar üçün çox vacib əhəmiyyət kəsb edirdi. Onlar qabığı izoləedici material və qalaq, həm də alışqan kimi istifadə edirdilər. Ondan ip hörürdülər. Amma siyahıya “tüpürmək” sözü də düşüb, bu, gözlənilməzdir. Etiraf edirik ki, bu sözün nəyə görə siyahıda bu baxımdan yer almasının səbəbini bilmirik”.
Siyahıda fellər çox azdır, amma Peycel ayrıca qeyd edir ki, “vermək” sözü beş Avrasiya dilində eyni formada mövcuddur. O qeyd edir: “Hiperəməkdaşlıq - insan cəmiyyətinin xarakterik cəhətidir”.
Beləliklə, əldə edilmiş məlumatlardan yararlanmaqla, alimlər on beş min il bundan öncə mövcud olmuş bir qədim Avrasiya dilindən ərsəyə gələn dillərin geneoloji ağacını yaratmışlar”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info